Xeberler.az bildirir ki, Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi olan "Facebook"un ödənişli olacağı nəzərdə tutulur.
Hürriyət Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, "Facebook" yarandığı gündən bu yana istifadə etdiyi "Pulsuzdur və hər zaman pulsuz olacaq" qeydi saytın giriş səhifəsindən silinib.
Həmin qeydi "Sürətli və rahat" sözləri ilə əvəzləyən "Facebook" qısa müddətdə yeni müzakirələrə zəmin yaradıb və sözügedən sosial şəbəkənin ödənişli olacağı haqda iddiaların irəli sürülməsinə yol açıb.
"Facebook"dan o iddialara hələlik münasibət bildirilməsə də, şirkətin yeni gəlir modelini nəzərdən keçirdiyi təxmin edilir.
Qeyd edək ki, ABŞ-da 87 milyon istifadəçinin şəxsi məlumatlarını müxtəlif şirkətlərə paylamaqda günahlandırılan "Facebook" keçən ay 5 milyard dollar məbləğində cərimələnib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri