Dünən Facebook şirkəti sosial şəbəkənin jurnalist və naşirlərlə daha sıx əməkdaşlığını nəzərdə tutan "Facebook Journalism Project" layihəsini istifadəyə verib.
Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, şirkətin bəyanatında deyilir:
"Biz məhsullar hazırlamaq üçün xəbər təşkilatları ilə əməkdaşlıq edəcəyik, jurnalistlərin ən yaxşı tərəfdaşı olmağı öyrənəcəyik və rəqəmli dövrdə məlumatlı oxucu olmaq üçün insanlara gərəkli bilikləri necə verməyi anlamaq üçün naşirlərlə işləyəcəyik".
Layihənin bəyan edilən istiqamətləri arasında birgə xəbər məhsullarının hazırlanması, həm jurnalistlər, həm də bütün istifadəçilər üçün treninqlər və alətlər yer alıb.
Layihənin istifadəyə verilməsi Facebook-un saxta xəbərlərlə mübarizə proqramının tərkib hissəsidir.
Xatırladaq ki, yalan xəbərlər probleminə diqqətin artırılmasına səbəb ABŞ-da keçirilən prezident seçkiləri olub.
Seçkilər başa çatdıqdan sonra bir çoxları Facebook-u səsvermənin nəticəsinə təsir göstərən çoxlu yalan xəbərlər yaymaqda təqsirləndirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri