Facebook-a yeni funksiya əlavə olunub

21-08-2019 / 11:23

Xeberler.az məlumat verir ki, "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır. Yeni funksiya istifadəçilərə digər tətbiq və saytların sosial şəbəkə vasitəsilə paylaşdığı məlumatları görməyə və nəzarət etməyə imkan verir. "İstifadəçilər "Off-Facebook Activity" sayəsində onların haqqında bizə informasiya göndərən tətbiq və saytların məlumatlarını görə biləcəklər. Əgər istifadəçi arzu edərsə, həmin informasiyanı hesabından silə bilər", - "Facebook"un məlumatında deyilir. Söhbət tarqetinq reklamından gedir. Funksiya tədricən işə düşəcək. Ondan birinci olaraq İrlandiya, Cənubi Koreya və İspaniya sakinləri istifadə edəcəklər. Yeni funksiyanın məqsədi insanlara sosial şəbəkənin iş prinsiplərinə dair daha çox məlumat verməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə