Onlayn marketinqdən bəhs edərkən sosial medianı, sosial mediadan bəhs edərkən Facebook-u vurğulamamaq böyük yanlışlıq olar.
Satış, PR, reklam üçün ən ideal məkan olan Facebook-dan onlayn marketinq vasitəsi kimi istifadə etmək o qədər də asan deyil. Buna görə də bu sahədə bir çox səhvlərlə rastlaşırıq.
Facebook marketinq səhvləri…
Əksik olan Facebook səhifə məlumatları
Bir çox marka Facebook səhifə bilgilərini əksik doldurur. Sadəcə bir hesab yaradıb şəkil və veb saytın ünvanını yazmaq kifayət deyil. Facebook-da səhifə bilgilərini nə qədər detallı doldursanız səhifənizin ziyarətçi və istifadəçi sayı bir o qədər çox olacaq.
Həddindən artıq paylaşım
Facebook markalara başlanğıcda həftədə bir neçə dəfə paylaşım etməyi təklif edir. Buna baxmayaraq markalar daha çox şey söyləmək üçün hər gün bir çox paylaşım etməyi üstün tutur. Lakin bu paylaşım nisbətlərini ciddi şəkildə aşağı salır. Əgər mümkündürsə, gündə 1 və ya 2 paylaşımı keçməmək, amma bu paylaşımların mükəmməl olmasını təmin etmək lazımdır.
Çoxlu reklam məzmunlu paylaşımlar
Facebook istifadəçilər üçün yaxşı vaxt keçirdikləri yerdir. Əgər çoxlu reklam məzmunlu paylaşımlar etsəniz bu bir müddətdən sonra ziyarətçiləri bezdirə bilər. Ona görə də hədəf auditoriyanızın marağına uyğun paylaşımlar edin. 10 paylaşımınızdan 9-u reklam məzmunludursa,hesabınızı bağlayın,artıq uduzmusunuz.
Çox uzun mətnlər
Facebooka görə 40-80 işarədən ibarət, ya da 1-2 sətirlik mətnlərin daha çox effektli olduğu göstərilir.Nə qədər qısa yazsanız postu bir o qədər çox adam görəcək. Siz daha çox yazdıqca oxucu auditoriyanızın sayı düşə bilər. Buna görə də mesajınızı daha qısa, lakonik verməyiniz məsləhətlidir.
Nəzarət etmək
Etdiyiniz hər işi ölçməlisiniz. Davamlı olaraq Facebook statiskalarınıza nəzarət edin. Bunun nəticəsində işlərinizin necə məhsuldar, ya da yanlış olduğunu görə və inkişaf etdirə bilərsiniz.
Vaxtı düzgün seçin
Paylaşılan məzmun nə qədər maraqlı olsa da, qeyri pik vaxtda paylaşıldıqda hədəf auditoriyasına çatmayacaq. Auditoriyanızın daha aktiv olduğu vaxtlarda paylaşım edin. İzləyicilərinizin aktiv olduğu vaxtı ən dəqiq halda səhifə statistikalarından əldə edə bilərsiniz.
Elmin Bayramlı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri