Facebook yeni loqotipini təqdim edib

05-11-2019 / 12:29

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” loqotipini dəyişib. Ancaq qeyd edək ki, sosial şəbəkənin rəsmi loqotipi əvvəlki kimi görünəcək.

Xeberler.az bildirir ki, Mark Zukerberqin korporasiyasının yeni loqotipində bütün hərflər böyük hərflə yazılıb və şrift xüsusi hazırlanıb. Buna baxmayaraq, yeni loqotip çox adi görünür.

Yeni loqonun gif versiyasında “Facebook” sosial şəbəkəsinə daxil olan “Instagram”, “WhatsApp”, “Osulus” və digər şirkətlərin rəng çalarları görünür. Belə ki, burada mavi (“Facebook”un özü), göy qurşağının narıncı-bənövşəyə çalarları (“Instagram”), yaşıl (“WhatsApp”) rənglər diqqət çəkir.

Rəsmi olaraq, yeni loqotip yaxın gələcəkdə sənədləşmə və marketinq materiallarında da istifadə olunmağa başlanacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə