İnsanların çətinliklərinin fərdi olduğunu düşünməmələri və narahat olmamaları üçün "Instagram" sosial şəbəkəsi istifadəçilərinə qüsurlar və texniki problemlər barədə məlumat verəcək.
Xeberler.az bildirir ki, bu barədə sosial şəbəkənin bloqunda deyilir.
Bildirişlər hər uğursuzluqla əlaqədar göndərilməyəcək, ancaq platformanın bir insanın problemlə qarşılaşdığını və səbəbini başa düşmədiyini görərsə göndəriləcək. Hələlik sözügedən funksiya yalnız ABŞ-da işə salınıb. Yeni funksiya bir neçə ay ərzində testdən keçiriləcək.
Bundan başqa, istifadəçilərə hesablarının vəziyyətini öyrənməyə imkan verən bir funksiya da təqdim edəcək. Məsələn, bir insan icma qaydalarını pozduğu halda, səhifəsi bloklanma riski altına düşəcək. Sonradan sözügedən bölməyə daha çox məlumat əlavə olunacaq.
Xatırladaq ki, oktyabrın 4-də "Facebook", eləcə də ona məxsus "Instagram" və "WhatsApp" servislərində uzunmüddətli qlobal nasazlıq baş verib. Bu nasazlıq Azərbaycan da daxil olmaqla bütün dünya istifadəçilərinə təsir edib. İnsanlar "Twitter", "Telegram", "TikTok", "Facebook Messenger", "Google" və "Amazon" xidmətlərində yaranan problemlərdən də şikayətçi idi.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri