Facebook administrasiyası sosial şəbəkənin müvəqqəti olaraq tətbiq edəcəyi yeni qaydalardan imtina etdiyini açıqlayıb.Buna səbəb kimi isə istifadəçilərin etirazı göstərilir.
Bu haqda məlumatı özünün şəxsi blogunda Facebook-un yaradıcısı Mark Chukerberq verib.
Belə ki,qəbul olunmuş yeni qaydalara görə Facebook istifadəçiləri öz akkauntlarını(mövcudluğlarını) Facebook-dan ləğv etdikdə belə onların şəxsi məlumatları şəbəkədə saxlanılır. Bu isə gələcəkdə bir sıra problemlərə-müəllif hüquqlarının pozulmasına, istifadəçilə məxsus olan şəkil, video, və s. fayllardan sui-istifadəyə yol aça bilər.
Bütün bu sadalanan səbələrdən dolayı bir qrup Facebook istifadəçisi öz narahatlıqlarını ifadə edərək məsələyə kəskin münasibət bildiriblər.Bu etirazlardan ehtiyat edən Facebook rəsmiləri isə yeni qaydalara keçidi bir qədər ləngitməyi qərara alıblar.
Lakin social şəbəkənin yaradıcısı Mark Chukerberq bildirib ki, bu ləngimə müvəqqəti xarakter daşıyır və bir müddətdən sonar yeni qaydalar işə düşəcək.
Qeyd edək ki,Facebook social şəbəkəsinin əsası 2004-cü ildə qoyulub.Hal-hazırda isə şəbəkənin müxtəlif dillərdə 30-dan çox versiyası mövcuddur.Şəbəkənin istifadəçiləri isə 175 milyondan çoxdur.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri