“Facebook”dan açıqlama: Porno şəkilləri təmizlədik

17-11-2011 / 23:53
Facebook sosial şəbəkəsi haker hücumu nəticəsində şəbəkəyə yerləşdirilən porno və zorakılıq təbliğ edən fotoşəkillərin böyük hissəsini təmizlədiyini açıqlayıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, “Facebook” hakerlərin adı açıqlanmayan bir şəbəkə istifadəçisinin təhlükəsizliklə bağlı yol verdiyi zəiflikdən istifadə etdiyini bəyan edib. 

Sosial şəbəkə artıq haker hücumunun arxasında kimin durduğunu müəyyənləşdirdiyini də açıqlayıb və ona qarşı müvafiq addımların atılmasına başlanılıb. “Facebook” haker hücumu zamanı heç bir istifadəçinin məlumatlarının zərər görmədiyini də bildirib. Sadəcə, şəbəkə istifadəçisi aldadılaraq viruslu bir ünvana yönləndirilir və istifadəçi xəbəri olmadan porno və zorakılıq təbliğ edən şəkilləri paylaşır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə