Facebook uzun müddətdir gözlənilən professional şəbəkəsi Facebook at Work üçün hazırlıqlarını tamamlayır.
Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Facebook-un sınaq məqsədli ilk mobil tətbiqlərini müəyyən istifadəçilərə açdığı Facebook at Work-ün veb səhifəsi istifadəyə verilib.
Belə ki, work.fb.com ünvanına daxil olaraq Facebook at Work-lə bağlı bütün məlumatları görmək mümkündür. Facebook at Work şirkətlər üçün xüsusi bir şəbəkə yaratmağınızı və bu şəbəkə üzərindən komandanızla və şirkətinizlə əlaqədə olmağınızı təmin edir.
Facebook sosial şəbəkəsində olduğu kimi Facebook at Work şəbəkəsində də hesabınızda olan yenilikləri, xəbərləri izləmək mümkündür.
Məlumat verdiyimiz kimi, Facebook at Work-ü yanvarın 2015-dən bu günə qədər bir neçə şirkətdə sınaqdan keçirib.
Facebook at Work-ün icraçılarından Julien Codorniou keçən ilin sentyabr ayında Re/Code-a verdiyi müsahibədə platformanın 20015-ci ilin sonunda freemium versiyasını təqdim edəcəklərini bildirmişdi.
Ağasəf Haqverdiyev
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri