Facebook və Twitter-ə edilən hacker hücumlarının məqsədi araşdırılır

10-08-2009 / 14:02

Mikrobloq xidməti Twitter və Facebook sosial şəbəkəsinə edilən hacker hücumlarının məqsədi araşdırlır.Denial of Service tərəfindən edilən hacker hücumları nəticəsində cəmi 300 milyon istifadəçi xidmətlərdən istifadə edə bilməyib. Kaspersky Labdan Stephan Tanase bu hücumların həddən artıq kəskin olduğunu bildirib.

Məşhur sosial şəbəkələrdən olan Facebook və Twitter də bu hücumlardan kənarda qalmayıb. Twitter ən az üç saat ərzində istifadəyə yararsız olub. Twitter-in 30 milyon istifadəçisi, Facebook-un isə 250 milyon istifadəçisi var. Twitter hackerlərin hücumuna məruz qalan zaman insanlar Facebook-dan yazışmağa başlayıblar.

Qeyd edək ki, Twitter-dən ən çox ABŞ-da istifadə edilir. Biznesmenlər, şirkət işçiləri, ümumiyyətlə ABŞ-nin məşhur insanları bu sosial şəbəkədən istifadə edirlər. Edilən hacker hücümları nəticəsində Facebook-un cəmi 250 milyon istifadəçisindən 21 milyonu təsirlənib. Bu istifadəçilər 1 saat ərzində sayta girə bilməyiblər. Sıx hücum səbəbiylə Facebook serverlərinin bir qismi həddindən artıq yüklənərək göndərilən sorğulara cavab verməyib.

Xatırladaq ki, yaxın zamanlarda reallaşdırılan bir başqa böyük hücum Amerika və Cənubi Koreya hökumət saytlarına və bəzi xüsusi quruluşlara təşkil edilmişdi. 40.000 kompüterlik şəbəkə tərəfindən edilən hücumlar haqqında heç bir dəlil tapılmamışdı. Belə bir hücum 2000-ci ildən bəri qeydə alınmayıb. Facebook və Twitter-ə edilən bu hücumun məqsədi isə hələki müəyyən deyil.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə