Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (Azfina) nümayəndələri ilə görüşüb.
Xeberler.az məlumat verir ki, görüş zamanı 2026-cı ilin üçüncü rübü üzrə maliyyə texnologiyaları və ödəniş sektorunda əldə olunan nəticələr, fintex ekosisteminin qarşılaşdığı əsas çağırışlar və gələcək inkişaf prioritetləri ətraflı müzakirə olunub. Bununla yanaşı, rəqəmsal maliyyə xidmətlərinin inkişafı, ödəniş ekosisteminin təkmilləşdirilməsi və innovativ həllərin tətbiqi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə, həmçinin 2027-2030-cu illəri əhatə edəcək yeni strateji dövrün prioritetləri barədə məlumat verilib. Qeyd olunub ki, yeni dövrdə nəzarət proseslərinin rəqəmsallaşdırılması məqsədilə “SupTech” həllərinin tətbiqinin genişləndirilməsi, süni intellektə əsaslanan nəzarət mexanizmlərinin formalaşdırılması, eləcə də maliyyə sektorunda innovasiyaların təşviqi prioritet istiqamətlər kimi müəyyənləşdirilib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları