Firefox brauzerinin yeni versiyasında səhvlər aşkar olunub

26-09-2008 / 12:01

Son Firefox 3.0.2 versiyasında UTF-8-dən fərqli olaraq istifadəçilərin kodlaşdırılmış parollara çıxışını bağlayan səhv tapılıb. 3.0.2 versiyasını yükləyənlər yaddaşda saxlanmış parollarla işləyə bilmir və yeni parolları brauzerdə yaddaşa verə bilmirlər. Brauzeri hazırlayanlar söyləyirlər ki, orada olan məlumatlar itməyib. Sadəcə olaraq, onlar brauzerdə yenilənmə edən istifadəçilər üçün açılmır. Artıq yeni 3.0.3 versiyası da hazırdır və yaxınlarda istifadəyə veriləcək.


Xatırladaq ki, Mozilla 23 sentyabrda 10 çatışmazlığı olan Firefox 3.0.2 versiyasını təqdim etmişdi.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə