İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “mygov Vətəndaş Təcrübəsi Mərkəzi” layihəsi çərçivəsində platforma istifadəçiləri ilə sayca ikinci görüş Gəncə şəhərində keçirilib.
Layihənin əsas məqsədi “mygov” platformasının vətəndaşların rəy və təklifləri əsasında təkmilləşdirilməsi, dövlət xidmətlərinin dizayn və inkişaf prosesində istifadəçi təcrübəsinin daha geniş şəkildə nəzərə alınmasıdır. Bu yanaşma vətəndaşların rəqəmsal hökumət proseslərində iştirakçılığını genişləndirir və onları yalnız xidmət istifadəçisi deyil, eyni zamanda, xidmətlərin formalaşdırılması və birgə dizaynında iştirak edən tərəfə çevirir. Təşəbbüs “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına uyğun olaraq həyata keçirilir.
Gəncə şəhərində keçirilən görüşdə müxtəlif yaş və peşə qruplarını təmsil edən iştirakçılar “mygov” tətbiqindən istifadə təcrübələrini bölüşərək mövcud xidmətlər, sənədlər və platformanın gələcək inkişaf istiqamətləri ilə bağlı fikir və təkliflərini səsləndiriblər. Həmçinin Azərbaycan Dəmir Yollarının dəstəyi ilə Bakı–Gəncə və əksi istiqamətdə hərəkət edən qatar reyslərində də vətəndaşlarla görüşlər təşkil olunub. Müzakirələr interaktiv formatda aparılıb, iştirakçılar gündəlik həyatlarında qarşılaşdıqları ehtiyacları və rəqəmsal dövlət xidmətlərindən gözləntilərini birbaşa ifadə etmək imkanı qazanıblar.
Görüşlər zamanı vətəndaşlar fərdi məlumatların tamlığının, düzgünlüyünün və aktuallığının təmin edilməsinin vacibliyini vurğulayıblar. Həmçinin “mygov” platformasında təqdim olunan rəqəmsal sənədlərin istifadəsi ilə bağlı mövcud təcrübələr və gələcək inkişaf imkanları ətrafında fikir mübadiləsi aparılıb. Regionlarda daha çox istifadə edilən dövlət xidmətlərinin platformaya əlavə olunması və maarifləndirmə tədbirlərinin mütəmadi təşkil edilməsi istiqamətində təkliflər də müzakirə olunub. Eyni zamanda, proaktiv bildirişlərin genişləndirilməsi, sənədlərin etibarlılıq müddəti başa çatmadan istifadəçilərə avtomatik xatırlatmaların göndərilməsi və cərimə balları ilə bağlı məlumatların daha aydın şəkildə təqdim olunması məsələləri gündəmə gətirilib.
Qeyd edək ki, səsləndirilən bütün rəy və təkliflər aidiyyəti üzrə sistemləşdirilərək təhlil ediləcək, “mygov” platformasının müvafiq inkişaf planlarında nəzərə alınacaq. Əsas hədəf rəqəmsal dövlət xidmətlərinin real istifadəçi ehtiyaclarına əsaslanaraq davamlı şəkildə təkmilləşdirilməsini təmin etməkdir.
“mygov” platformasında dövlət xidmətlərinin inkişafı və təkmilləşdirilməsi prosesində iştirak etmək istəyən vətəndaşlar 883 Çağrı Mərkəzi, eləcə də my.gov.az veb saytı və mobil tətbiqi vasitəsilə öz rəy və təkliflərini təqdim edə bilərlər.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları