Previous Next
Bağla

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025 10:22
Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

Yenilənmiş "mygov" platformasının istifadəyə verilməsindən bir il keçir. Rəqəmsal hökumət quruculuğu istiqamətində mühüm addımlardan biri olan bu platforma vətəndaşlara daha rahat, əlçatan və çevik xidmət imkanları təqdim etməklə qısa müddətdə özünü təsdiqləyib.

Ötən müddət ərzində platformada vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənib.  33 dövlət xidməti yenidən tərtib edilərək rəqəmsallaşdırılıb. Hazırda platformada ümumilikdə 386 rəqəmsal xidmət mövcuddur. Platformada rəqəmsal formada təqdim olunan məlumatların sayı isə 69-dur. Bu müddətdə "mygov" istifadəçilərin sayı da artaraq 1,68 milyona çatıb.

Vətəndaşlar "mygov" vasitəsilə məhkumluq, ailə tərkibi və ailə vəziyyəti haqqında arayışlar, təhsil və hərbi xidmətlə bağlı məlumatlar, etibarnamələrin verilməsi, kommunal xidmətlər üzrə abonent məlumatlarının dəyişdirilməsi, borc məlumatları, peyvənd, elektron resept, tibbi göndərişlər, laborator analiz nəticələri və sağlamlıq haqqında arayış da daxil olmaqla bir sıra vacib xidmətlərdən yararlana bilirlər.

Xüsusi qeyd olunmalıdır ki, həyat hadisələrinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Artıq nikah, doğum və ölüm haqqında şəhadətnamələrin əldə edilməsi rəqəmsal şəkildə mümkündür ki, bu da vətəndaşların gündəlik ehtiyaclarının daha sürətli və rahat qarşılanmasına şərait yaradır. Eyni zamanda, "Yolumuz Qarabağa" xidməti vasitəsilə işğaldan azad olunmuş ərazilərə səfər üçün icazələrin rəqəmsal formada alınması təmin olunub. Bundan əlavə, İMEİ qeydiyyatı, cərimələrin, kommunal və digər xidmətlərin ödənilməsi də "mygov" üzərindən icra olunur.

Son bir ildə "mygov" platformasında vətəndaşlara yeni imkanlar təqdim edilib. Fərdi məlumatların özəl müəssisələr tərəfindən sorğulanmasına verilən razılıqlar artıq vətəndaşlar tərəfindən birbaşa platforma üzərindən idarə oluna bilir. Bu isə şəffaflığı artırmaqla yanaşı, məlumat mübadiləsinin daha təhlükəsiz həyata keçirilməsinə şərait yaradır.

Rəqəmsal sənədlərin tətbiqi də platformanın ən mühüm yeniliklərindəndir. Artıq şəxsiyyət vəsiqəsi, ümumdünya pasportu, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, tələbə bileti və digər sənədlər "mygov" üzərindən elektron şəkildə təqdim olunur. Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 27 növ rəqəmsal sənəd fiziki sənədlərlə eyni hüquqi qüvvəyə malik olub. Bu addım kağız daşıyıcılardan istifadənin azaldılmasına, "Kağızsız hökumət" modelinə keçidin sürətləndirilməsinə və rəqəmsal hökumətin inkişafına mühüm töhfə verib.

Yenilənmiş "mygov"un bir illik fəaliyyəti rəqəmsal hökumətin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Gələcəkdə də vətəndaşların həyatını rahatlaşdıran, vaxt və resurslara qənaət edən innovativ xidmətlərin təqdim olunması davam etdiriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025

Məhkumluq haqqında arayış "mygov" üzərindən təqdim olunacaq

17-09-2024

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Valideynlər övladlarının laborator analiz nəticələrinə "mygov"da baxa biləcəklər

07-01-2026

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026

Laborator analiz nəticələrini “mygov”dan öyrənmək mümkündür

04-12-2024

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

mygov platformasına yeni funksionallıq əlavə edilib

08-05-2025

Yenilənmiş “mygov” rəqəmsal hökumət platforması artıq vətəndaşların istifadəsindədir

05-09-2024

Daha şəxsiyyət vəsiqəsini təqdim etməyə ehtiyac qalmayacaq

18-07-2024

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

Bütün rəqəmsal dövlət xidmətləri "mygov" üzərindən təqdim ediləcək

17-09-2024

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Rəqəmsal şəxsiyyət vəsiqələrinin doğruluğu necə yoxlanılır?

10-12-2024

Nikahın qeydə alınması “mygov”a inteqrasiya edilib

19-11-2024

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə