Previous Next
Bağla

İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

06-07-2026 18:08
İRİA ilə İctimai Şura üzvləri arasında görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində (İRİA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib. Görüşdə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasının nəticələri, eləcə də "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" çərçivəsində həyata keçirilən tədbirlər barədə təqdimat olunub.

Xeberler.az məlumat verir ki, Fəaliyyət Planı ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, innovasiya əsaslı iqtisadiyyatın inkişafı və rəqəmsal suverenliyin möhkəmləndirilməsi istiqamətində kompleks tədbirləri özündə ehtiva edir. 

Təqdimatlarda rəqəmsallaşma istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, dövlət xidmətlərinin vahid "mygov" və "mygov Biznes" platformalarında cəmləşdirilməsi, ayrı-ayrı dövlət qurumlarının xidmətlərinin mərhələli şəkildə inteqrasiyası, rəqəmsal olmayan xidmətlərin elektronlaşdırılması, proaktiv xidmətlərin genişləndirilməsi və "yalnız bir dəfə" prinsipinin tətbiqi istiqamətində işlər davam etdirilir. Bildirilib ki, bu yanaşma vətəndaş və biznes üçün dövlət xidmətlərinə çıxışı daha sürətli, rahat və şəffaf etməyi hədəfləyir.

Görüş zamanı dövlət məlumat hövzəsinin (Data Lake) yaradılması, dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, fərdiləşdirilmiş və proaktiv dövlət xidmətlərinin inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Dövlət xidmətlərinin daha səmərəli və vətəndaşyönümlü şəkildə təqdim olunmasına xidmət edən rəqəmsal həllər təqdim edilib.

Eyni zamanda süni intellektin dövlət idarəçiliyində tətbiqi, "mygov" platformasında süni intellekt əsaslı həllərin inkişafı, milli hesablama infrastrukturunun və tənzimləyici test mühitinin (Regulatory Sandbox) yaradılması, həmçinin innovasiya ekosisteminin gücləndirilməsi, startapların və texnologiya şirkətlərinin dəstəklənməsi, İKT ixracının artırılması və rəqəmsal inkişafı dəstəkləyən qanunvericilik islahatları barədə məlumat verilib.

İctimai Şura üzvləri təqdim olunan istiqamətlər üzrə müzakirələrdə iştirak edərək aktual məsələlərə dair suallarını səsləndirib, fikir və təkliflərini bölüşüblər. Çıxışlarda rəqəmsallaşma prosesində ictimai iştirakçılığın rolu, rəqəmsal xidmətlərin əlçatanlığının və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması, dövlət–biznes–vətəndaş əməkdaşlığının inkişafı və digər istiqamətlər üzrə təkliflər irəli sürülüb. Həmçinin Fəaliyyət Planının icrası ilə bağlı müxtəlif yanaşmalar və əməkdaşlıq imkanları müzakirə olunub. Görüşün sonunda gələcək fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər

06-07-2026
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

27-02-2026
e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

e-Sosial mobil tətbiqi bu gündən fəaliyyətini dayandırıb

01-05-2026
Gəncədə “mygov” istifadəçilərinin təklif və rəyləri dinlənilib

Gəncədə “mygov” istifadəçilərinin təklif və rəyləri dinlənilib

30-06-2026
"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026
AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

AQTA rəqəmsal transformasiyaya keçidi sürətləndirir

18-02-2026
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023
Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

Rəqəmsal transformasiya üçün yeni qanunvericilik paketi hazırlanır

09-06-2026
Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

Rəqəmsal inkişaf planı təsdiqləndi – Nələr gözlənilir?

02-03-2026
“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

10-06-2026
Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025
RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

RİNN-də “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

09-06-2026
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025
ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

ADPU-nun rəqəmsallaşmaya dair tədbirlər planı təkmilləşdiriləcək

03-04-2026
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025
“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

“İnsan kapitalında rəqəmsal yanaşmalar” mövzusunda sessiya keçirilib

28-11-2025
 "e-Su" tətbiqi fəaliyyətini dayandırır

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026
Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

29-06-2026
“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025
BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

BDU-da rəqəmsallaşma istiqamətində fəaliyyət planı təkmilləşdirilir

17-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə