Previous Next
Bağla

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026 13:28
Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

“Mygov” platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir. Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq “mygov” platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.

Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalararasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa “mygov” üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçiyönümlü təqdim olunması vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir. “Mygov” platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır:

• Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış

• Sürücülük vəsiqəsinin dəyişdirilməsi

• Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış

• Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı

Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin “Xidmətlər” bölməsindəki “Nəqliyyat” kateqoriyası vasitəsilə, veb portalda isə “Daxili İşlər Nazirliyi” bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda, nəqliyyat vasitəsinin texniki baxış məlumatınapıatformanın məlumatlar bölməsində baxa bilərlər.

“Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış” xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrəmövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.

“Sürücülük vəsiqəsinin dəyişdirilməsi” xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyənedilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.

“Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış” xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsininzədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir.

“Nəqliyyat vasitəsinin texniki baxışı” məlumatı isə artıq “mygov” platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ailə üzvləri haqqında arayışı “mygov”dan əldə etmək mümkündür

21-04-2025

Ədliyyə Nazirliyinin bir sıra xidmətləri “mygov”a inteqrasiya edilib

15-05-2026

"e-Su" tətbiqi fəaliyyətini dayandırır

12-05-2026

Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

24-02-2025

"mygov"a yeni təhsil xidmətləri inteqrasiya edilib

14-05-2026

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07-07-2025

Yenilənmiş "mygov" platforması 1 yaşını qeyd edir

12-09-2025

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

“Subaylıq haqqında arayış” "Mygov"a inteqrasiya edilib

10-03-2025

Sürücülük vəsiqəsindəki məlumatlar EHİS-dən əldə ediləcək

07-06-2025

“Uyğunluq sertifikatının verilməsi” xidməti rəqəmsallaşdırıldı

28-12-2022

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

"mygov" ilə dövlət xidmətləri vətəndaş rəyi əsasında inkişaf etdiriləcək

05-05-2026

Məhkumluq haqqında arayışın İKZF-yə rəqəmsal təqdim edilməsi mümkün olub

27-05-2025

Məhkumluq haqqında arayışı "Mygov" vasitəsilə əldə etmək olacaq

28-10-2024

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

Əmək müqavilələrini "mygov" ilə imzalamaq mümkün olub

08-10-2025

"mygov"dan istifadə edən vətəndaşların sayı 2 milyonu ötüb

24-11-2025

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

Bir sıra rəqəmsal sənəd və məlumatlar vətəndaşların istifadəsinə verilib

13-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə