Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəqəmsal xidmətləri "mygov" platformasına inteqrasiya edilir
Xeberler.az bildirir ki, bu barədə ADSEA-dan məlumat verilib.
Qeyd edilib ki, rəqəmsal dövlət xidmətlərinin "bir pəncərə" prinsipi ilə təqdim olunması üzrə görülən tədbirlər çərçivəsində mayın 12-dən etibarən "e-Su" mobil tətbiqi fəaliyyətini dayandıracaq və rəqəmsal xidmətlər artıq "mygov" platformasında əlçatan olacaq. Görülən işlərin əsas məqsədi vətəndaşlara təqdim olunan xidmətlərin əlçatanlığının artırılması, rəqəmsal proseslərin sadələşdirilməsi, eləcə də əlavə resurs və xidmət kanallarına ehtiyacın minimuma endirilməsidir.
Bu günədək Agentliyin 6 xidməti "mygov" platformasında vətəndaşlara rəqəmsal formada təqdim olunurdu. Hazırda isə mövcud xidmətlərlə yanaşı, qurumun daha 7 xidməti də platformaya inteqrasiya edilir. Növbəti mərhələlərdə mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və əlavə xidmətlərin "mygov" platformasına inteqrasiyası istiqamətində işlər davam etdiriləcəkdir.
"mygov" platformasında hazırda mövcud olan xidmətlər:
Abonent məlumatlarının dəyişdirilməsi,
Sayğac göstəricilərinin təqdim edilməsi və hesab-fakturanın formalaşdırılması,
Rəqəmsal müraciət,
Borcun araşdırılması üzrə müraciət,
Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair son 12 ay üzrə faktura və ödəniş məlumatlarının verilməsi (arayış),
Su borcunun internet vasitəsilə ödənilməsi.
İnteqrasiyası davam etdirilən xidmətlər:
Su sayğaclarının plomblanmasına (quraşdırılması və ya dəyişdirilməsi) dair müraciət,
Su sayğaclarının təmiri və ya nasaz sayğacların dəyişdirilməsi müraciəti,
Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəzaya dair müraciət,
Əhali qrupuna aid yeni istehlakçının qeydiyyata alınması,
Abonentə aid məlumatların verilməsi (arayış),
Su sayğaclarının quraşdırılması müraciəti,
Su təchizatı və tullantı sularının axıdılması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti.
Qeyd edək ki, "mygov" bütün dövlət xidmətlərini tək bir mərkəzdə birləşdirərək vətəndaşlara vahid platforma kimi xidmət göstərir. Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları