Google Earth uzun müddətdir ki, iki ölçülü peyk şəkillərinə üç ölçülü binalar yerləşdirmə variantını təqdim edir. Lakin saysız aktuallaşdırmağa baxmayaraq, binalar həddindən artıq süni görünür.
Buna görə də, National Geographic-in Rusiya nəşri dünyanın ən gözəl yerlərini mükəmməl 3B keyfiyyətində təqdim edən, özünə xas proqram nümayiş etdirdi. Vizerra adlı proqram Google Earth-ın göstərə bilmədiklərini göstərməyə qadirdir.
Əvvəlcə Google Maps-dən dünyadakı görüləsi yerlər çağırıla bilir. İndiyədək əldə edilən verilənlər bazasının məhdud olmasına baxmayaraq, Vizerra proqramının köməyi ilə Tac Mahal və ya İnk mədəniyyətinə aid Matçı Piçu şəhəri kimi gözəl mənzərələri görmək mümkündür.
Hər məkanın ayrı-ayrı endirilməsi üçün 500 MB-dək məlumat yığılır. Bununla da bütün paketi endirmək məcburiyyəti aradan götürülür. Məkanlar oyun hissələri kimi 3B mühərrikinə yüklənir və sonra içərisindən sərbəst gəzinti etmək olur.
Zəngin qrafiklərin xərci də az deyil. İstehsalçılar ödənişsiz Vizerra proqramını işlətmək üçün ən az iki nüvəli bir CPU, sürətli ekran kartı və DSL əlaqəsi olmağını tövsiyyə edirlər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri