İPhone-lara Google təqvim gəldi

16-03-2015 / 10:43

Apple şirkəti iPhone istifadəçilərinin uzun zamandır gözlədiyi "Google Təqvim-Google Calender" tətbiqini artıq Apple Store üzərindən yükləmək mümkün olacaq. Android istifadəçilərinin ən bəyəndiyi tətbiqlərdən biri olan Google Təqvim-in İOS-a uyğunlaşdırılması üçün təxminən bir il davam edən işlər tamamlanıb. iPhone sahiblərinin istifadə başlayacağı tətbiq eynilə Androiddə olduğu kimi yeni və qəşəng dizaynı ilə istifadəçiləri özünə cəlb etməyi bacaracaq.

Öz qeyd kitabçanızı tutmağa imkan verən Google Calendar, milyonlarla adam tərəfindən sevilərək istifadə edilir. Tamamilə pulsuz olan Google Calendar, Gmail ilə əlavə edir, diləsəniz mail və ya xatırlatma xidməti ilə sizə tədbirlər barədə əvvəldən xəbər verir.

Sadə şəkidə bütün proqramınızı görməyinizi təmin edən Google Calendar-ı daha əvvəl Android cihaz üzərində istifadə etmisinizsə ya da sınamaq fürsətiniz olubsa, bundan sonra iPhone-larda da istifadə edə biləcəksiniz.

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə