Google şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni News Lab xidmətini istifadəyə verib.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bizim missiyamız jurnalistlər və sahibkarlarla əməkdaşlıq edərək gələcək KİV-i yaratmağa yardım etməkdən ibarətdir”, - deyə Google News Lab bölməsinin direktoru Stiv Qrouv bildirib.
Yeni servisə nəşriyyatların Google resurslarından, o cümlədən xəritələr, YouTube, Fusion Tables və Earth to Search xidmətlərindən maksimum fayda qazanmaqla bağlı mövzularda tövsiyələr və videotəlimatlar daxil ediləcək.
Google həmçinin maliyyə dəstəyi göstərmək və şirkət əməkdaşları tərəfindən tövsiyələr vermək məqsədilə media startapları ilə işləyən Matter and Hacks/Hackers təşkilatı ilə əməkdaşlıq edir.
Şirkət nümayəndəsi qeyd edib ki, yeni layihənin məqsədi gələcək xəbərlərin və informasiyanın obrazının yaradılmasına yönələn proqramların ərsəyə gətirilməsi, eləcə də KİV-də yeni səslərin imkanlarının genişlənməsidir.
Google həmçinin TechRaking proqramını istifadəyə verib. Burada şirkət və Jurnalist Araşdırmaları Mərkəzi araşdırmaların aparılmasında yeni metodikaların hazırlanması üzərində birgə çalışacaqlar.
S.Qrouv vurğulayıb ki, qlobal News Lab təşəbbüsdür. Hazırda layihə çərçivəsində ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan olan mütəxəssislər qrupu işləyir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri