ABŞ-ın Google İnternet şirkəti ödəniş əlavələri ilə bağlı informasiyanı izləmək üçün ayrıca servis yaradacaq.
Xəbərlər-in RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Google Payments adlanan yeni xidmət mağazalarda alış-verişin ödənişi üçün Android Pay servisindən və Google Wallet pulköçürmələri sistemindən istifadə edən istifadəçilərin maliyyə informasiyasını emal edəcək.
Şirkət nümayəndəsi məsələyə münasibət bildirərək qeyd edib ki, biz ödənişlərlə əlaqədar yeni məhsul istifadəyə verməyə hazırlaşırıq. İstifadəçilərin bütünü ödənişləri izləyə biləcək Google akkauntuna bağlı payments.google.com saytı yaradılacaq.
Google Payments servisində istifadəçilərin həyata keçirdikləri əməliyyatlar, eləcə də bu və ya digər ödəniş kartının istifadə müddətinin başa çatması ilə bağlı mühüm məlumatlar təsvir olunacaq. Saytda istifadəçilər funksiyaları dəyişə və öz hesablarını idarə edə biləcəklər.
Google ABŞ İnternet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
Google axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqinin sahibidir, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri