Google illərdir Nexus markası altında ağıllı telefon istehsalçıları ilə əməkdaşlıq edərək öz telefonunu istehsal edirdi.
Amma Telegraph-a danışan bir mənbəyə görə, şirkət tamamən özünə aid ağıllı telefon istehsalı üzərində çalışır.
Qeyd edilir ki, şirkət bu günə qədər LG, Huawei və HTC kimi şirkətlərlə təchizat istiqamətində əməkdaşlıq edib.
Bu müddətdə xüsusilə dizayn və təchizat özəlliklərinin məsuliyyəti istehsalçı şirkətlərin əlində olub.
Google isə üzərində çalışdığı layihə ilə A-Z-yə (təchizat, dizayn və təhlükəsizlik) öz imzasını daşıyan ağıllı telefon təqdim etməyə hazırlaşır.
Google hazırda məsələ ilə bağlı açıqlama vermək istəmədiyini bildirib.
Mənbələrin məlumatına görə, şirkət üzərində çalışdığı öz ağıllı telefonunu ilin sonunda istifadəyə verə bilər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri