Google-nin yeni il sürprizi

17-12-2009 / 10:24

Google yeni ilin gəlməsilə əlaqədar olaraq maraqlı bir üsul hazırlayıb.

Xeberler.az-ın verdiyi məlumata görə, Google yeni ilə neçə saatın qaldığını göstərmək üçün sayğac quraşdırıb. Google-nin ingiliscə olan əsas səhifəsində bu kiçik əyləncəni görmək olar.

www.google.com səhifəsinə girib “I am feeling lucky” (özümü şanslı hiss edirəm) düyməsinə basmanız kifayətdir. Daha sonra ekranın altında bəzi rəqəmlərin çıxdığını görəcəksiniz. Həmin ədədlər əslində 2010-cu ilə neçə saat qaldığını göstərən geri sayma sayğacıdır. Google rəsmi bir şərh etməsə də böyük ehtimalla sayğac bitdiyi zaman yeni bir sürprizlə qarşılaşacağıq.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə