“Google” şirkəti Android smartfonların köməyilə zəlzələlərin müəyyən edilməsi üçün ən geniş şəbəkə yaratmaq niyyətində olduğunu bildirib. Bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.
Xeberler.az bildirir ki, məlumatda deyilir: “Yaşadığınız yerdən asılı olmayaraq sizin Android zəlzələ haqqında xəbərdarlıq sisteminin bir hissəsi ola bilər. Bu, o deməkdir ki, sizin telefon mini seysmometr ola bilər və dünyada ən böyük zəlzələ xəbərdarlığı sisteminin yaradılması məqsədilə digər Android telefonlara qoşula bilər”.
“Google” şirkətinin məlumatına görə, hər smartfon kiçik akselerometrlə təchiz edilib. O, yaxınlıqdakı zəlzələni təsdiqləyən siqnalları qeyd edəcək. Zəlzələnin həqiqətən müəyyən bir yerdə olub-olmadığını müəyyənləşdirmək məqsədilə, siqnallar müxtəlif smartfonlardan məlumat toplayan və emal edən xüsusi serverə göndəriləcək.
Birinci mərhələdə yaxınlıqdakı yerdə zəlzələ haqqında məlumatı “Google” axtarış sisteminə sorğu verməklə öyrənmək olar. Lakin şirkət gələcəkdə ABŞ və digər ölkələrin sakinlərinə zəlzələ barədə bildiriş göndərməyi planlaşdırır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri