Previous Next
Bağla
REKLAM YERİ

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025 08:02
"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

"Google" etiraf edib ki, onun zəlzələ haqda erkən xəbərdarlıq sistemi 2023-cü ildə Türkiyədə baş verən təbii fəlakət zamanı insanları dəqiq xəbərdar edə bilməyib.

Xeberler.az bildirir ki, bu barədə BBC-yə "Google" şirkətindən məlumat verilib.

Təxminlərə görə, episentrdən 158 km radiusda olan təxminən 10 milyon insan "Google"dan ən yüksək xəbərdarlığı - sığınacaq axtarmaq üçün 35 saniyəyə qədər vaxt verəcək "Tədbirlər görün" bildirişini ala bilərdi. Lakin belə bir bildiriş yalnız 469 nəfərə çatıb.

Şirkətin bildirdiyinə görə, təxminən yarım milyon istifadəçi yüngül təkanlar üçün nəzərdə tutulmuş daha az ciddi xəbərdarlıq alıb.

Bu xəbərdarlıq yüksək səslə müşayiət olunmur və "Narahat etməyin" rejimini söndürmür. Əvvəllər Google sistemin "yaxşı işlədiyini" iddia etsə də, indi ilk təkanın gücünün düzgün qiymətləndirilmədiyi etiraf edilib - 7,8 maqnitudası əvəzinə sistem 4,5-4,9 qeydə alıb. Android cihazlarında (Türkiyədə 70%-dən çox) işləyən "Android Earthquake Alerts" (AEA) sistemi səhər saat 4:17-də - əksər insanların yatdığı vaxtda işləməli idi. Zəlzələlər yer üzərində nisbətən yavaş yayıldığı üçün xəbərdarlıq göndərmək mümkündür. Yalnız istifadəçinin telefonunda yüksək səsli siqnal işə düşən ciddi "Tədbirlər görün" xəbərdarlığı istifadəçiləri oyada və həyatları xilas edə bilərdi, lakin bu baş verməyib.

Həmin gün daha sonra baş verən ikinci böyük zəlzələ də düzgün qiymətləndirilməyib, çünki bu dəfə sistem 8 158 telefona "Tədbirlər görün" və 4 milyona yaxın istifadəçiyə "Məlumatlı olun" bildirişləri göndərib.

Zəlzələdən sonra Google tədqiqatçıları alqoritmi dəyişdirərək ilk zəlzələni yenidən modelləşdiriblər. Bu dəfə sistem 10 milyon ciddi xəbərdarlıq və episentrdən daha uzaqda yaşayanlar üçün əlavə 67 milyon xəbərdarlıq yaradıb. Google vurğulayır ki, onun sistemi yalnız dövlət erkən xəbərdarlıq sistemlərinə əlavədir, lakin alimlər bəzi ölkələrin hələ tam sınaqdan keçirilməmiş texnologiyalara həddindən artıq güvənməyə başlaya biləcəyindən narahatlıq ifadə edirlər.

6 fevral 2023-cü ildə Türkiyənin cənub-şərqində baş verən iki dağıdıcı zəlzələdə 55 000-dən çox insan həlak olub, 100 000-dən çox insan yaralanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

12-08-2020

FHN-in funksiyasını Google icra etdi -RƏY

04-07-2023

Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

16-02-2016

Google böyük miqdarda cərimə ödəyə bilər

13-04-2018

Google ilk WP7 sistemi bazarda öz yerini tutdu

12-11-2010

Google şirkəti heyətini genişləndirir

02-02-2011

GOOGLE DƏ SƏHV EDƏRMİŞ!!!!

31-01-2009

Google insanları təhlükədən qoruyacaq- Yenilik

26-07-2017

GOOGLE-DAN YENİLİK

25-08-2010

Google xəbərdarlıq etdi- Hesabınızı yoxlayın

16-02-2018

Google-dən yeni axtarış sistemi Caffeine

14-08-2009

Google yenidən Azərbaycan vətəndaşlarına "Zəlzələ xəbərdarlığı " mesajı göndərib

16-08-2023

Google şirkəti Google Apps istifaçilərinə pulsuz istifadə imkanı verdi

01-09-2008

“Google Chrome OS” bulud əməliyyat sisteminin sonu çatıb

17-12-2010

Google Translate-dən böyük yenilik

05-09-2015

Google istifadəçilərini təhlükəli saytlar haqqında məlumatlandıracaq

23-10-2015

“Google” şirkəti “Google Music” musiqi mağazasını təqdim edib

17-11-2011

Google-dan istifadəçilərə təhlükə ilə bağlı xəbərdarlıq

04-05-2017

Yutub yeni Xəbərdarlıq funksiyasını işə salır

10-06-2022

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023

Shoelace eksperimental sosial şəbəkəsi istifadəyə verilib

15-07-2019

“Google”nin informasiya təhlükəsizliyi şöbə rəisi həlak olub

26-04-2015

"Facebook" "Google" ilə əməkdaşlıqdan imtina etdi

01-06-2011

Android-in keçmişi və bu günü

09-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə