Previous Next
Bağla
REKLAM YERİ

Zəlzələ məlumatları necə emal olunur?

13-03-2024 12:43
Zəlzələ məlumatları necə emal olunur?

Yer kürəsində zəlzələnin harada və nə vaxt baş verəcəyi ilə bağlı əvvəlcədən məlumat vermək mümkün deyil. Ona görə də bu təbiət hadisəsi zamanı ciddi dağıntı və itkilər meydana çıxır.

Bununla belə, zəlzələnin baş vermə səbəbləri, hadisədən sonra məlumatların insanlara çatdırılma prosesi olduqca əhəmiyyətlidir.
Xeberler.az  xəbər verir ki, Report-un əməkdaşı bu prosesin necə tənzimləndiyini öyrənmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

Mərkəz 2003-cü ildən VSAT (çox kiçik bir diyafram terminalı) əsaslı real taym digital seysmik şəbəkəyə keçib. Burada 25-ə yaxın işçi 24 saatlıq iş rejimində çalışır. Monitorinq Mərkəzi Zəlzələlərin tədqiqatı bürosundan ibarətdir.

Mərkəzin Zəlzələlərin tədqiqatı bürosunun rəisi Səidə İsmayılova bildirdi ki, 25 noyabr 2000-ci il tarixində Xəzər dənizində (Bakı istiqamətində) baş vermiş 6.2 maqnitudalı güclü zəlzələdən sonra Mərkəzdə Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus "Kinemetrics" şirkətinin istehsalı olan, peyk rabitə sistemli 14 dəst rəqəmsal telemetrik seysmik stansiya alınıb və 2003-cü ildən bu müşahidə şəbəkəsi fəaliyyətə başlayıb.

Zəlzələnin gücü, sonradan baş vermə ehtimalı xüsusi proqramla ölçülür

ABŞ-dən alınan telemetrik seysmik stansiyalar vasitəsi ilə bölgələrdə seysmik monitorinq aparılır. "Data Center" real taym prosesləri və məlumatların analiz edilməsi üçün "8 Mac Pro" üzərində qurulmuş "Antelope Real Time System 5.6" versiyasından istifadə olunur. "Apple" şirkətinin kompüterləri "Mac OS X 10" əməliyyat sistemində işləyir. Ümumilikdə isə emal prosesində 72 proqramdan istifadə edilir. Belə ki, proqramla dünyada baş verən zəlzələlər emal edilir.

Qurum rəsmisi S.İsmayılova qeyd etdi ki, hazırda Azərbaycanda 84 seysmik stansiya fəaliyyət göstərir: "Zəlzələ baş verən anda məlumatlar stansiyadan peyk vasitəsi ilə "Deltatelecom"a, oradan da Zəlzələlərin tədqiqatı bürosuna ötürülür. Fasiləsiz olaraq sutka ərzində yerli, yaxın, uzaq zəlzələlər, partlayışlar, sürüşmələr analiz edilir. Hər bir işçi üçün "Antelope" proqramı açılır. Real zamanda məlumatlar bu proqramda emal edilir. Zəlzələ baş verən kimi real zaman ərzində məlumat proqrama daxil olur. Bundan sonra isə cəmiyyətə ilkin informasiya verilir. Ardınca isə emal prosesi yenilənir və zəlzələnin yenilənmiş məlumatları ictimaiyyətə çatdırılır".

Monitorinq Mərkəzində olarkən onu da öyrəndik ki, burada həmçinin Türkiyənin 12, Gürcüstanın isə 3 seysmik stansiyası ilə yerli məlumatlar analiz edilir. Maqnitudası 3-dən yuxarı olan zəlzələ qeydə alınan kimi "seysmology.az" saytına, müvafiq qurumlara - Azərbaycan Prezidenti Aparatına, Nazirlər Kabinetinə, AMEA-nın Rəyasət Heyətinə, Fövqəladə Hallar Nazirliyinə, digər qurumlara və üzvü olduğumuz Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) göndərilir. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında da emal üçün şəbəkə strukturu yaradılıb.

Zəlzələ məlumatlarını kim daha dəqiq verir?

 Müşahidələrə görə, bəzən zəlzələ barədə yerli qurumun məlumatları ilə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzin məlumatları üst-üstə düşmür. Səidə İsmayılova bunun səbəbini belə izah etdi: "Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatları tez-tez yeniləyir. Adətən insanlar ilkin məlumata baxırlar. Lakin sonradan oradakı dəyişilikləri izləmirlər. Buna səbəb isə qurumun üzv ölkələrlə apardığı təhlillərdir. Biz isə öz büronun emal etdiyi məlumatı yayırıq".

O əlavə etdi ki, 84 seysmik stansiya vasitəsilə işğaldan azad edilən ərazilərdə də zəlzələ məlumatları emal olunur. İşğaldan azad olunmuş Şuşada hazırda seysmik stansiyanın tikintisi yekunlaşmaq üzrədir. Azad olunan digər ərazilərdə də seysmik stansiyaların quraşdırılması planlaşdırılır.

"Bəzən maqnituda və bal anlayışları qarışdırılır. Onların təsnifatı barədə nə deyə bilərsiniz?" sualına mütəxəssis belə cavab verdi: "Maqnituda zəlzələ vaxtı ocaqda seysmik dalğalar şəklində enerjini xarakterizə edən sonsuz kəmiyyətdir. Seysmik bal isə zəlzələnin intensivliyinin yer səthində ölçü vahididir".

Qeyd edək ki, Mərkəzdə zəlzələ ilə bağlı növbəti proseslər "Zəlzələ ocaqlarının dinamikası" şöbəsində aparılır. Bu şöbənin, eləcə də "Beynəlxalq Seysmotomoqrafiya laboratioriyası"nın müdiri Səbinə Kazımova dedi ki, güclü zəlzələ baş verdikdən sonra laboratoriyada onun səbəbi, ocaqda baş verən tektonik proseslər, onun istiqaməti və ərazinin geodinamik şəraiti müəyyən edilir. İl ərzində burada maqnitudası 3 və 3-dən böyük olan 85-120 zəlzələnin ocaq mexanizmi işlənilir.

Zəlzələ nəticəsində palçıq vulkanları da aktivləşə bilər

Laboratoriyadan bildirildi ki, dünyada ilk dəfə olaraq Azərbaycanda palçıq vulkanlarının dinamikasını öyrənmək üçün 12 rəqamsal stansiya quraşdırılıb.

"2022-ci ildə "Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkələrin genişləndirilməsi" layihəsi çərçivəsində alınmış yeni 22 rəqamsal stansiya şəbəkəsi yaradılıb. Lahiyə çərçivəsində 3 quyutipli (Daşkəsan, Tovuz, Zərnava) və 7 seysmik stansiya Xəzər dənizinin sahili boyunca quraşdırılıb. Dünyada ilk dəfə olaraq palçıq vulkanlarının maksimum toplandığı ərazidə quraşdırılan 12 rəqamsal stansiyadan əldə olunan məlumat internet vasitəsi ilə onlayn rejimdə emal şöbəsinə köçürülür. Püskürmənin dərinliyi, ayrılan enerji, dərinlik, fazaların sayı və müddəti qeydə alınır. Azərbaycanda 365 palçıq vulkanı var, ölkəmiz palçıq vulkanların vətəni sayılır. Onların bəziləri Xəzər dənizindədir. Hər iki-üç ildən-bir palçıq vulkanları püskürür. Bu vulkanların aktivləşməsinə zəlzələlər də təsir edə bilər. Biz emal prosesi zamanı bunu da təyin edə bilirik", - deyə S.Kazımova vurğuladı.

Laboratoriya müdiri əlavə etdi ki, ötən il təkcə respublika ərazisində yox, eləcə də qonşu bölgələrdə də seysmik aktivliyin artması müşahidə olunub: "2023-cü ilin fevral ayında Türkiyədə bir neçə fəlakətli zəlzələlər baş verdi. Aktivləşmə İran, Dağıstan və Gürcüstan ərazilərdə də qeydə alındı. Hər güclü zəlzələdən sonra əhali arasında tez-tez suallar yaranır ki, Azərbaycan ərazisində də güclü zəlzələ ola bilərmi? Bununla əlaqədar hər güclü zəlzələdən sonra onun ocağında boşalmış və qalıq gərginlik vəziyyətini müəyyən edirik. Bu tədqiqat ABŞ-nin "Coulomb stress" proqramı əsasında aparılır. Bu texnika dünyanın bir çox ölkəsində geniş istifadə olunur. Nümunə olaraq 2023-cü il iyulun 4-də Xəzərdə baş vermiş zəlzələni göstərmək olar. Həmin zəlzələnin maqnitudası 5.6 olub. Bu hadisədən sonra biz nə qədər seysmik enerjinin ayrıldığını və gərginlik vəziyyətinin harada qaldığını müəyyən etdik".

Monitorinq Mərkəzində müşahidə etdik ki, Azərbaycanda zəlzələ ocaqlarını, seysmogen zonaların geodinamik vəziyyətini, Yer qabığının strukturunu, tektonik hərəkətlərin sürətini və istiqamətlərini öyrənmək üçün imkanlar var. Bunun üçün mümkün üsullardan, müasir cihaz və proqramlardan istifadə olunur.

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

16-02-2016

Azərbaycanda güclü zəlzələ oldu

04-09-2015

“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

12-08-2020

Türkiyədəki zəlzələ Azərbaycandakı onlayn ticarət bazarına necə təsir edəcək?

18-02-2023

Nazirlik zəlzələ ilə bağlı araşdırmalara başladı

04-09-2015

Süni intellekt Sakit okeanda gizli zəlzələləri aşkar edir

26-07-2025

NASA Marsın səthinin quruluşu ilə bağlı yeni detalları təqdim edib

29-08-2025

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

06-02-2019

NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

04-02-2025

“Nar”dan Türkiyədə olan abunəçilərinə dəstək

06-02-2023

Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib

08-02-2023

Zəlzələlərin arxivi AzScienceNet-in Data Mərkəzində yerləşdirilib

13-02-2016

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025

Azərbaycanlı mütəxəssis Türkiyədə xüsusi cihazla 14 nəfəri dağıntılar altından sağ çıxardı

16-02-2023

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023

FHN-in funksiyasını Google icra etdi -RƏY

04-07-2023

Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

29-04-2015

Zəlzələ zamanı istifadə edilən mobil proqramlar hansılardır?

08-02-2023

Yerin nüvəsinin qeyri-adi vəziyyəti qeydə alınıb

29-12-2025

Smartfonlar zəlzələ vaxtı köməyimizə çatacaq

03-03-2015

“Azərpoçt” Türkiyədəki zəlzələ ilə bağlı AFAD-a edilən ianələrdən komissiya tutmayacaq

08-02-2023

Türkiyədə zəlzələdən zərərçəkənlərə edilən elektron ödənişlərdən vergi tutulmur-RƏSMİ

08-02-2023

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20-08-2024

Seysmoakustik siqnallar AzScienceNet-də saxlanılacaq

07-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə