Previous Next
Bağla

Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

16-02-2016 13:14
Yeni proqram smartfonu zəlzələ detektoruna çevirir

Seysmoloq-alimlər və mobil proqram istehsalçıları smartfonu şəxsi zəlzələ detektoruna çevirən proqram hazırlayıblar.

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, Android əməliyyat sistemi üçün hazırlanmış MyShake proqramı smartfonun akselerometri vasitəsilə yaxınlıqda baş verən seysmik hadisələri təhlil edərək real vaxt rejimində zəlzələnin maqnitudunu qiymətləndirir, əldə olunan məlumatları isə seysmoloqların analiz etməsi üçün mərkəzi məlumat bazasına göndərir.

Alimlərin fikrincə, gələcəkdə bu proqram inkişaf etmiş istifadəçi şəbəkəsinin köməyilə erkən xəbərdarlıq sistemi kimi də istifadə edilə bilər.

Məlum olduğu kimi, dünya üzrə yayılan seysmik şəbəkələr zəlzələləri aşkar edərək əldə olunan məlumatları alimlərə ötürür. Bu da öz növbəsində alimlərə Yer kürəsində daim baş verən geoloji proseslər nəticəsində yaranan seysmik təkanların qlobal təsvirini yaratmağa köməklik edir. Lakin seysmik şəbəkənin sıx olmadığı rayonlarda baş verən seysmik hadisələrin izlənərək qeydə alınmasında çətinlik yaranır. Layihənin rəhbəri, Kaliforniyanın Berkli seysmoloji laboratoriyasının direktoru Riçard Allenin sözlərinə görə, bu boşluqları öz smartfonları ilə “mülki alimlər” doldura bilərlər.

Sözügedən proqram smartfonun akselerometrinin köməyilə zəlzələ dalğalarını gündəlik həyatda baş verən digər titrəyişlərdən fərqləndirmək bacarığına malikdir. MyShake zəlzələni aşkar etdiyi zaman dərhal emal mərkəzinə həyəcan siqnalı göndərir.

Hazırda proqramın imkanları yalnız seysmik məlumatları toplamaq və mərkəzi serverə ötürməklə məhdudlaşır. Proqramın növbəti versiyalarında isə zəlzələ haqqında xəbərdarlığın istifadəçilərə göndərilməsi nəzərdə tutulur.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Zəlzələ məlumatları necə emal olunur?

Zəlzələ məlumatları necə emal olunur?

13-03-2024
NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

NASA süni intellekt vasitəsilə yeni krater kəşf edib

04-02-2025
Azərbaycanda güclü zəlzələ oldu

Azərbaycanda güclü zəlzələ oldu

04-09-2015
Süni intellekt Sakit okeanda gizli zəlzələləri aşkar edir

Süni intellekt Sakit okeanda gizli zəlzələləri aşkar edir

26-07-2025
“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

“Google” şirkəti ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmaq niyyətindədir

12-08-2020
NASA Marsın səthinin quruluşu ilə bağlı yeni detalları təqdim edib

NASA Marsın səthinin quruluşu ilə bağlı yeni detalları təqdim edib

29-08-2025
"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

"Google" Türkiyədəki zəlzələ barədə insanları dəqiq xəbərdar edə bilməyib

28-07-2025
Nazirlik zəlzələ ilə bağlı araşdırmalara başladı

Nazirlik zəlzələ ilə bağlı araşdırmalara başladı

04-09-2015
Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb

06-02-2019
Yerin nüvəsinin qeyri-adi vəziyyəti qeydə alınıb

Yerin nüvəsinin qeyri-adi vəziyyəti qeydə alınıb

29-12-2025
Türkiyədəki zəlzələ Azərbaycandakı onlayn ticarət bazarına necə təsir edəcək?

Türkiyədəki zəlzələ Azərbaycandakı onlayn ticarət bazarına necə təsir edəcək?

18-02-2023
SOCAR və Özbəkistan əməkdaşlığa başlayır

SOCAR və Özbəkistan əməkdaşlığa başlayır

28-07-2025
Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

Ətrafdakı Wi-Fi dalğalarını görmək üçün yeni proqram hazırlanıb

27-11-2015
Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

Minlərlə Android proqramı istifadəçilərin məlumatlarını toplayır

11-07-2019
Bu proqram cinayət haqda xəbərdarlıq edəcək

Bu proqram cinayət haqda xəbərdarlıq edəcək

15-03-2017
Mobil proqram köhnə pivəni tanıyır

Mobil proqram köhnə pivəni tanıyır

12-01-2017
AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Türkiyənin TİS şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

20-08-2024
Zəlzələ zamanı istifadə edilən mobil proqramlar hansılardır?

Zəlzələ zamanı istifadə edilən mobil proqramlar hansılardır?

08-02-2023
İdeal selfie üçün proqram hazırlanıb

İdeal selfie üçün proqram hazırlanıb

03-08-2017
FHN-in funksiyasını Google icra etdi -RƏY

FHN-in funksiyasını Google icra etdi -RƏY

04-07-2023
Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb

29-04-2015
Seysmoakustik siqnallar AzScienceNet-də saxlanılacaq

Seysmoakustik siqnallar AzScienceNet-də saxlanılacaq

07-10-2017
Alimlər texnologiya sahəsində daha bir yenilik etdi

Alimlər texnologiya sahəsində daha bir yenilik etdi

14-08-2017
iOS və Android sistemləri üçün virus aşkar edilib

iOS və Android sistemləri üçün virus aşkar edilib

12-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə