“Google TV” platforması ilə təchiz olunmuş ilk televizor təqdim edildi

30-09-2010 / 19:02

ABŞ-da “Google TV” platformasını dəstəkləyən ilk televizor nümayiş etdirilib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sony” şirkətinin təqdim etdiyi “NSX-46GT1” modelin 46 düymlü ekranı və yüksək dəqiqlik standartlı video təsvir etmək imkanı var.

Televizorun internetdə işini burada qurulmuş “Google Chrome” brauzeri təmin edir. Bu zaman klaviatura kimi idarəetmə pultunu istifadə etmək olar. Bundan əlavə, yeni modeli şəbəkə kabeli və ya USB portuna birləşdirilmiş Wi-Fi adapteri vasitəsilə də internetə qoşmaq olar.

“Google TV”-nin köməyi ilə istifadəçilər tanınmış video-portallarındakı internet-çarxlara, internet-TV kanallarına tamaşa etmək, eləcə də Şəbəkədə işləmək imkanı əldə edəcəklər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə