31 düymlü ilk 3D OLED-televizor hazırlanıb
Cənubi Koreyanın “LG Electronics” şirkəti üçölçülü təsvir imkanına malik 31 düymlü işıq diod (OLED) televizor hazırladığını bildirib.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, LG tərəfindən 2,9 mm. qalınlıqlı yeni prototipin cümə günü, sentyabrın 3-də Berlin şəhərində start götürəcək istehlakçı elektronikası sahəsində Avropanın ən iri sərgisi olan IFA-da nümayiş ediləcəyi gözlənilir.
Şirkət yeni qurğunun texniki xüsusiyyətləri barədə ətraflı məlumat verməyə tələsmir. Ölçülərdən başqa həmçinin televizorda təsvirin maksimal yenilənmə tezliyinin 600 Qs bərabər olacağı məlumdur. Xatırladaq ki, cari ilin yanvar ayında 3D OLED-televizor “Sony” şirkəti tərəfindən təqdim olunub. Onun diaqonalı 24,5 düym təşkil edir.
Ekspertlərin fikrincə, işıq diod ekran texnologiyası tədricən maye kristal və plazma texnologiyalarını əvəz edəcək, lakin OLED-qurğuların satış həcminin üstün olması üçün hələ təxminən 10 il vaxt lazımdır.
İşıq diod televizorlar kiçik enerji sərfiyyatı ilə daha yüksək dəqiqlikli təsvir təqdim edir. İşıqlandırma texnologiyasının olmadığı səbəbindən OLED-televizorlarda panellərin rekord qalınlıq göstəricisini əldə etmək və qurğunu demək olar ki, divar şəkilinə çevirmək mümkün olub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri