Sentyabrın 4-də, cümə axşamı günü bir neçə ölkədə, ilk növbədə Cənub-Şərqi Avropada “Google” xidmətlərinin milyonlarla insan üçün əlçatmaz olduğu bildirilir.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, “DownDetector”a görə, “YouTube”, “Gmail”, “Chrome”, “Maps”, “Google Translate” və digər xidmətlərə daxil olmaqda çətinlik çəkən istifadəçilərdən gələn hesabatların artması səhər saatlarında başlayıb.
“Saat 07.10 GMT-dən başlayaraq hesabatlarda artım oldu. Kəsinti zamanı Türkiyə, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Xorvatiya, Serbiya, Rumıniya, Şimali Makedoniya, Ermənistan, Azərbaycan və digər 16 ölkədən xəbərlər aldıq”, -deyə “Outage.Report” izləyici saytı yazıb.
Bəzi istifadəçilər İsveçin “Spotify audio streaming” xidmətinin də bu kəsilmədən təsirləndiyini bildirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları