“Google”nin həmtəsisçisi “Alphabet”in səhmini hədiyyə edib

22-05-2025 / 09:24

Amerikanın “Google” korporasiyasının həmtəsisçisi, “Forbes” jurnalının versiyasına görə, planetin ən varlı adamları siyahısında (sərvəti - 134 milyard dollar) səkkizinci olan Sergey Brin, naməlum alıcıya “Alphabet” texnoloji şirkətinin təxminən 700 milyon dollar dəyərində səhmlərini bağışlayıb.

Xeberler.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, “Alphabet”in 4,1 milyon səhmi xeyriyyəçiliyə və ya etibar fondlarına yönəldilə bilər. “Bloomberg” qeyd edib ki, Brin tez-tez parkinson xəstəliyini araşdırmaq üçün vəsait bağışlayır. Bundan əlavə, 2023-cü ildə iqlim və səhiyyə məsələləri ilə məşğul olan qeyri-kommersiya təşkilatı yaradıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə