“Stomatologiyada innovasiyalar” mövzusunda konfrans keçirilib

21-05-2025 / 18:14

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 25 illiyinə həsr olunan “Stomatologiyada İnnovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

Xeberler.az məlumat verir ki, konfrans NDU və “Azərbaycan İmplantoloq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Elsevər Əsədov bildirib ki, bu kimi beynəlxalq səviyyəli elmi tədbirlər stomatologiya sahəsində bilik və təcrübə mübadiləsi üçün mühüm platformadır. Prorektor çıxışında 2023–2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına əsasən, universitetdə yaradılacaq Tibb kampusu barədə ətraflı məlumat verib. Planlanan yeni kampusda müasir tibb tədris binası, araşdırma xəstəxanası, tələbə yataqxanası, tibb kollecinin binası və sair ilə yanaşı, Stomatologiya ixtisası üçün ayrıca tədris korpusu və stomatoloji klinikanın inşasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Eyni zamanda, mayın 16-17-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən, dünyanın müxtəlif ölkələrindən 35 universitetin iştirak etdiyi tələbələrin və gənc tədqiqatçıların 79-cu elmi-praktik konfransında universitetin Tibb fakültəsinin Stomatologiya ixtisası üzrə tələbələrinin də uğurlu çıxışları ilə yüksək dərəcəli diplomlara layiq görüldüklərini xatırladıb.

“Azərbaycan İmplantoloq” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov müasir stomatologiyada innovasiyaların rolundan danışıb. Vurğulanıb ki, konfrans bu sahədə tətbiq olunan ən son texnologiyalar və müalicə metodlarının paylaşılması baxımından olduqca önəmli əhəmiyyət kəsb edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə