Previous Next
Bağla

Ötən il SOAR sistemi üzrə alınan xəbərdarlıqların sayında artım müşahidə olunub

21-05-2025 21:43
Ötən il SOAR sistemi üzrə alınan xəbərdarlıqların sayında artım müşahidə olunub

2023-cü illə müqayisədə 2024-cü ildə SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunub.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, bu sözləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Naxçıvanda keçirilən "Kibersuverenlik" konfransında deyib.

O qeyd edib ki, statistikaya nəzər salsaq, 2024-cü ildə kiberhücum cəhdlərinin analizi nəticəsində 1069 xüsusi kiberhücum indikatoru müəyyən edilərək, "AzStateNet" şəbəkəsində və dövlət e-poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş, APT kiberhücumların qarşısı alınıb.

Tural Məmmədov 2023-cü illə müqayisədə 2024-cü ildə SOAR sistemi üzrə alınan xəbərdarlıqların (alerts) sayında təxminən 2 dəfə artım müşahidə olunduğunu bildirib: "Belə ki, hesabat dövründə SIEM sistemində 333 milyarddan çox loq emal olunub. SOAR sisteminə ötürülən xəbərdarlıqların orta günlük sayı 5520 olub. Bununla yanaşı, Xidmətin həyata keçirdiyi kibertəhdid kəşfiyyatı nəticəsində dövlət qurumlarının informasiya sistemlərinin adlarına bənzədilmiş 110 saxta domen müəyyən edilərək, onların ölkə üzrə fəaliyyətimi dayandırılaraq potensial kiberhücum cəhdləri qabaqlanıb".

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini vurğulayıb ki, ümumilikdə, texnologiyanın sürətlə inkişaf etdiyi informasiya təhlükəsizliyi məhsullarının hər gün yeniləndiyi bir dünyada yeni milli məhsullar ortaya qoymaq çox çətindir: “Daha çətini isə, “hansı məhsulları milliləşdirməkdən başlamalıyıq” sualına cavab tapmaqdır. Amma düşünürəm ki, kibersüverenliyimizin təmin edilməsi üçün əvvəlcə əlimizdə olan resursların auditi, monitoriniqi və yoxlanılması kimi imkanların genişləndirilməsindən başlamaq ən doğru yanaşma olardı. Məhz bu səbəbdən hazırda 2 istiqamət üzrə laboratoriya qururuq, bunlardan biri Bakı Ali Neft Məktəbində qurulmasını başa çatdırmaq üzrə olduğumuz İnformasiya Təhlükəsizliyi Testləri laboratoriyasıdır. Hansı ki, həm milli həllərin, həm təchiz olunmuş həllərin yoxlanılmasını, laborator testlərini həyata keçirəcək, o cümlədən bu sahədə kadr yetişdirəcək laboratoriya funksiyasını daşıyacaq.

Digəri isə Azərbaycan Texniki Universitetində qurulan Zərərverici Analizi Laboratoriyasıdır ki, o da ölkəmizi hədəf alan xüsusi zərərvericilərin analizini həyata keçirməklə yanaşı, həm də zərərverici analizi üçün hazırda üzərində işlədiyimiz milli sandbox proqram təminatının hazırlanması və dəstəyini həyata keçirəcək. Məlumat üçün qeyd edim ki, Xidmətimizin Zərərverici Analizi Laboratoriyasının bir sıra həlləri artıq istifadəyə verilmişdir. Onlar barədə məlumatları https://mrl.cert.gov.az/  informasiya ehtiyatından məlumat əldə edə bilərsiniz”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər  vasitəsilə kiberhücumların qarşısı alınıb

“AzStateNet”-də yeni nəsil mühafizə avadanlığı və kiber həllər vasitəsilə kiberhücumların qarşısı alınıb

17-01-2024
Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025
Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023
Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

Ötən il Azərbaycanda 7 mindən çox vətəndaş hakerlərin qurbanı olub

02-04-2024
Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022
Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

25-11-2024
Dövlət Xidməti I yarımildə 52 saxta domenin fəaliyyətinin qarşısını alıb

Dövlət Xidməti I yarımildə 52 saxta domenin fəaliyyətinin qarşısını alıb

28-07-2023
Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

Dövlət qurumlarına qarşı 600-dən çox APT kiberhücumların qarşısı alınıb

07-10-2025
Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

Saxta “govaz.am” domeni dövlət qurumlarımızı hədəf aldığını göstərir

21-02-2025
Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

Avqust ayında 30 milyondan çox zərərli keçid qeydə alınıb

03-09-2025
Dövlət qurumlarına kiberhücumlar 10 faizdən çox azalıb

Dövlət qurumlarına kiberhücumlar 10 faizdən çox azalıb

08-01-2025
11 ayda “AzStateNet" üzrə 751 APT kiberhücumu indikatoru aşkarlanıb

11 ayda “AzStateNet" üzrə 751 APT kiberhücumu indikatoru aşkarlanıb

23-12-2025
Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

Dövlət qurumlarına qarşı 700-dən çox kiberhücumunun qarşısı alınıb

05-11-2025
Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

Azərbaycanda dövlət qurumlarına qarşı 314 kiberhücum indikatoru müəyyən edilib

17-04-2023
XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023
Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

Ötən il dövlət qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı 857 bildiriş göndərilib

21-02-2025
Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

Dövlət Xidməti: Ötən ay dövlət qurumlarına 120 kiberhücum olub

05-03-2025
Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025
Dövlət qurumlarına edilən kiberhücumların sayı artıb

Dövlət qurumlarına edilən kiberhücumların sayı artıb

02-04-2025
Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

Tural Məmmədov: DDOS hücumu olmayan gün yoxdur

05-09-2025
COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024
XRİTDX: Ötən il dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

XRİTDX: Ötən il dekabrda 20 milyona yaxın zərərli keçid blok edilib

08-01-2026
Dövlət qurumlarına kiberhücumlar dekabrda 37 faiz azalıb

Dövlət qurumlarına kiberhücumlar dekabrda 37 faiz azalıb

06-01-2026
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

16-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə