GREEN TALK: “Yaşıl iqtisadiyyat: 4Sİ texnologiyaları və bulud həlləri"

03-10-2024 / 16:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “GreenTalk" layihəsi çərçivəsində “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə "Yaşıl iqtisadiyyat: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda təlim keçirilib.

Xeberler.az məlumat verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Süni intellekt üzrə layihə meneceri Ruslan Zeynalzadə əvvəlcə gənclərə süni intellektin tarixi, inkişafı və hazırda tətbiq olunduğu sahələr barədə məlumat verib. O, Blokçeyn, virtual və genişlənmiş reallıq, əşyaların interneti kimi anlayışları izah edib, texniki baxışın proqnozlaşdırılması, süni intellekt ilə reallığın dəyişdirilməsi ilə bağlı real foto və videolar əsasında nümunələr təqdim edib. Kiberhücumların süni intellektlə müəyyənləşdirilməsi, sənayedə tətbiq olunan təlim və simulyasiyalar barədə də məlumat verilib.

Ruslan Zeynalzadə bildirib ki, 4-cü Sənaye İnqilabı dövründə əsas fəaliyyət sahələrindən biri bulud texnologiyaları vasitəsilə dataların toplanması, emalı və mühafizəsidir. O, Azərbaycanda “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi tədbirlərdən də danışıb, qanunvericiliyin tələblərini diqqətə çatdırıb. Təlimdə İslahat könüllüləri ilə yanaşı “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nın üzvləri: “Ekokönüllü”, "Miqrasiya könüllüləri", “ASAN könüllüləri”, "Fövqəladə könüllüləri” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər. Sonda təlimçi və İİTKM-in əməkdaşları könüllüləri maraqlandıran suallara cavab veriblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə