Previous Next
Bağla

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024 19:20
“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” ABŞ-nin “Coursera” şirkətinin “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb.

Xeberler.az bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib. “4Sİ Akademiyası” 42 ölkə tərəfindən təqdim edilən 170 layihə arasında əmək bazarında ixtisaslı kadrların hazırlanması, rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması, inklüzivliyin təmin edilməsi, Bakı şəhəri və regionlardan vətəndaşların proqrama cəlb edilməsi, innovativ həllərin tətbiqi üzrə verdiyi töhfələrə görə final mərhələsinə yüksəlib.

Dünya üzrə ən populyar tədris platforması olan “Coursera” hər il insan kapitalının inkişafı üzrə mühüm nailiyyətlər əldə edən tərəfdaşlara “Üstün Nailiyyət Mükafatı” təqdim edir. Seçim zamanı tədris platformasında onlayn təhsilə cəlb edilənlər və əldə edilmiş beynəlxalq sertifikatlar, qazanılan yeni biliklər əsasında karyerasında yüksələnlərin sayı və digər göstəricilər əsas götürülür. Müsabiqənin final mərhələsi sentyabrın 17-də ABŞ-nin Las Veqas şəhərində keçiriləcək.

“4Sİ Akademiyası”nın məqsədi ölkədə rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Layihə çərçivəsində 1 il ərzində ölkə üzrə 10 min nəfər “Coursera” onlayn təhsil platformasından ödənişsiz yararlanıb. İştirakçılara Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, IBM, “Meta” və “Google” kimi texnologiya şirkətlərinin 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera və dil bilikləri ilə bağlı 800-ə yaxın kursundan yararlanmaq təklif edilib.

İstifadəçilər 4Sİ texnologiyaları, süni zəka, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya, biznes, idarəetmə və digər istiqamətlərdə 32 min saatdan çox video mühazirəyə qatılıblar. Təlimləri uğurla tamamlayanlar ümumilikdə 4 mindən çox beynəlxalq sertifikat əldə ediblər.

Layihənin milli proqram şəklində davam etdirilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

"Milli Proqram” çərçivəsində 75 mindən çox kurs tamamlanıb

02-12-2025

Nazir "Coursera" şirkətinin baş icraçı direktoru ilə görüşüb

19-01-2024

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə