Previous Next
Bağla

“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

07-05-2025 16:39
“Milli Proqram”da daha çox süni intellekt və data elminə üstünlük verilib

“4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram” çərçivəsində vətəndaşlar daha çox süni intellekt və data elmi sahələrinə adi təlimləri seçiblər.

Xeberler.az bildirir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə təşəbüsü ilə həyata keçirilən “4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində bu günədək 7500 istifadəçi “Coursera” onlayn təhsil platformasında təlimlərdən yararlanıb.

İstifadəçilər ümumilikdə 40 min təlimə müraciət ediblər, 11 min təlim uğurla tamamlanaraq iştirakçılara beynəlxalq sertifikatlar təqdim edilib. Müraciət olunan və tamamlanan təlimlərin 25 faizdən çoxu süni intellekt və data elmi (data science) sahələrini əhatə edir.

4SİM proqram çərçivəsində istifadəçilərin platformada ən çox müraciət etdiyi ilk 10 təlimi müəyyən edib.

• Süni intellekt hamı üçün (AI For Everyone)

• Layihələrin idarə olunmasının əsasları (Foundations of Project Managements)

• Süni intellektə giriş (Introduction to Artificial Intelligence)

• Layihələrin idarə olunmasına giriş (Introduction to Project Management)

• Süni intellekt, biznes və gələcəyin peşələri (AI, Business & the Future of Work)

• Data elminin əsasları, data hər yerdə (Foundations: Data, Data, Everywhere)

• Uğurlu layihəyə necə başlamaq olar? (Project Initiation: Starting a Successful Project)

• Data elmi nədir? (What is Data Science?)

• Rəqəmsal transformasiyaya giriş (Introduction to digital transformation)

• Generativ süni intellekt hamı üçün (Generative AI for everyone)

Aprelin 1-dən start götürən “Milli Proqram” çərçivəsində 1 il ərzində on minlərlə vətəndaşın dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Məqsəd ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün Dördüncü Sənaye İnqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır.

İstifadəçilər onlayn platformada Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançester, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, AWS, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000 təlimindən yararlana bilərlər. Platformada 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitika, blokçeyn, bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya sahələrinə dair təlimlər tədris olunur. “Milli Proqram” çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 kurs süni intellektin köməyi ilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Platformada süni intellekt və data elmi sahələrinə aid IBM, “Google”, Deeplearning.AI, “Microsoft” kimi qabaqcıl texnologiya şirkətləri və Stenford, Pensilvaniya, London İmperial Kolleci də daxil olmaqla, dünyanın nüfuzlu ali təhsil ocaqları tərəfindən hazırlanmış 2300-ə yaxın təlim proqramı var.

“Milli Proqram”a qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az  linki ilə qeydiyyatdan keçə bilərlər. SOCAR, “PASHA Holding”, bp və JOCAP şirkətləri “Milli Proqram”ın əsas tərəfdaşlarıdır.

Xatırladaq ki, ötən il pilot layihə olaraq həyata keçirilən “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 min nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün nailiyyət mükafatı 2024” müsabiqəsinin “Süni intellekt innovasiyası” kateqoriyası üzrə qalibi olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Milli Proqram” çərçivəsində 7500 nəfər təlimlərdən yararlanıb

26-04-2025

“Milli Proqram” çərçivəsində 15000 nəfər 27000 təlimi uğurla tamamlayıb

01-07-2025

“Milli Proqram”ın ikinci mərhələsi üçün qeydiyyat başlayıb

11-04-2025

“Milli Proqram” çərçivəsində daha 7500 nəfər təlimlərə başlayıb

14-05-2025

“Milli Proqram” çərçivəsində 22 500 nəfər təlimləri tamamlayıb

07-08-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

02-04-2025

“Milli Proqram” istifadəçiləri 13 mindən çox kursdan yararlana bilər

08-10-2025

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18-09-2025

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a start verilib

15-03-2025

“Milli Proqram”a qeydiyyat davam edir

26-08-2025

“Milli Proqram” istifadəçilərinin sayı 60 min nəfərə çatıb

26-01-2026

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış proqramı keçirilir

30-05-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb

16-09-2024

"Milli Proqram"a qeydiyyat davam edir

20-08-2025

“Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat verilib

27-10-2025

“Coursera”da bir sıra kurslar ana dilinə dublyaj olunub

01-08-2025

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi olub

09-10-2024

“Milli Proqram”a qeydiyyat davam edir

13-08-2025

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024”ün qalibi seçilib

18-09-2024

Azərbaycanda 10 minə yaxın şəxs ödənişsiz 4Sİ texnologiyaları üzrə kursa qoşula biləcək

30-08-2023

Fariz Cəfərov: İşğaldan azad edilmiş ərazilərə köç etmiş vətəndaşlar üçün kurslar təşkil olunacaq

09-10-2024

“Course Builder” aləti ilə bağlı vebinar keçirilib

22-05-2026

4SİM-də təcrübə keçən tələbə və könüllülərlə görüş keçirilib

13-01-2025

4SİM 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirib

18-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə