Mobil rabitə operatorları yaxın gələcəkdə ənənəvi “GSM” texnologiyasından imtina edə bilərlər.
Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, bununla bağlı planlarını hamıdan əvvəl Sinqapurun üç böyük operatoru açıqlayıb. Onlar “GSM”-dən tam imtina edərək onun tezliklərindən digər məqsədlər üçün istifadə etməyə hazırlaşırlar. “GSM” erasının başa çatması “3G/4G” texnologiyalarının tətbiqini sürətləndirməklə yanaşı, bütün istifadəçiləri müasir smartfonlardan istifadəyə keçməyə məcbur edəcək.
Sinqapurun “M1”, “Singetel” və “StarHub” operatorlarından başqa “GSM”-dən imtina etmək niyyətini 2016-cı ilin sonunadək ənənəvi mobil rabitənin fəaliyyətini dayandıracaq Avstraliyanın "Telstra” şirkəti də bəyan edib. ABŞ-ın “AT&T” operatoru da 2017-ci ildə dördüncü və beşinci nəsil şəbəkələrinə tam keçidi planlaşdırır. Lakin Avropa provayderləri bu barədə qərar verməyə tələsmirlər. Norveçin “Telenor” operatoru “GSM”-dən 2020-ci ildən, Fransanın “Orange” operatoru 2025-ci ildən tez imtina etməyəcəyini açıqlayıb.
Bildirilir ki, “GSM”-in söndürülməsi əksər istifadəçilərə təsir etməyəcək. Abunəçilərin çoxu daima internetə qoşulu smartfonlardan istifadə edir, mobil messencerlər vasitəsilə zənglər isə getdikcə daha da aktuallaşır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri