Bu gün Four Seasons mehmanxanasında Azərbaycan Marketinq Cəmiyyəti (AMC) “Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi" mövzusunda keçirdiyi araşdırmanın nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə təqdimat mərasimi keçirilib.
Xəbərlər-in verdiyi məlumata görə, tədbiri Azərbaycan Marketinq Cəmiyyəti idarə heyətinin sədri Nigar Hüseynzadə açıb.
Tədbirdə dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, İKT şirkətlərinin nümayəndələri, eləcə də informasiya texnologiyaları sahəsində çalışan iş adamları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
AMC İKT sektorunun ölkəmizin aparıcı və prioritet sahəsi olmasını, gələcək davamlı iqtisadi inkişaf üçün yüksək potensialını nəzərə alaraq, Azərbaycanın bu sektorunda son illər həyata keçirilən tədbirlərin nəticələrinin qiymətləndirilməsi məqsədi ilə sözügedən araşdırmanı həyata keçirib.
Araşdırmanın əsas hissəsi olan sorğu respondentlərin evində üzbəüz müsahibə şəkilində 7182 ailə üzvü arasında aparılıb və ev təsərrüfatlarının seçimi sistemli təsadüfi seçim əsasında həyata keçirilib.
Araşdırmaya əsasən, ölkə üzrə ev təsərrüfatlarının 69 faizində kompüter mövcuddur və hər 100 nəfərə düşən kompüterlərin orta hesabla sayı isə 28-dir. Rəyi soruşulanların 30 faizi növbəti 6 ayda kompüter almağı planlaşdırdığını bildirib. Həmçinin, sorğuya əsasən, ölkədə hər 100 nəfərə düşən İnternet istifadəçilərinin sayı 72 faizə bərabərdir və bu göstərici üzrə Azərbaycanın dünya orta göstəricisini 1.8 dəfə qabaqlayır. Ev təsərrüfatlarının 71 faizinin İnternetə çıxışı var və istifadəçilərin 84 faizi İnternətə ev və mobil telefonlardan genişzolaqlı vasitələrlə qoşulub.
Dünyada, o cümlədən Azərbaycanda yüksək sürətli qoşulmalara tələbatın durmadan artdığı bir şəraitdə ölkədə bu göstəricinin indiki səviyyəsi Azərbaycanda İKT xidmətlərinin tətbiq səviyyəsinin yüksək olmasından və ölkədə son illər bu sahədə aparılan dövlət siyasətindən və cəmiyyətin informasiyalaşdırılması istiqamətində əldə olunmuş inkişafından xəbər verir.
Ümumiyyətlə, sorğu nəticələri Azərbaycanda İKT sektorunun gələcəyinə ümidlə baxması üçün əsas verir. Əhalinin rəyi, digər mənbələr və əvvəlki illərlə müqayisəsi əsasında demək olar ki, ölkədə İKT sektorunun inkişaf dinamikası yüksəkdir və bu sahədə geniş potensial formalaşıb.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri