Previous Next
Bağla

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020 11:39
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Xeberler.az bildirir ki, bu günün əlamətdar olması ilk Beynəlxalq Teleqraf Konvensiyasının imzalanması ilə Beynəlxalq Telekommunikasiya İttifaqının yaranmasının 1865-ci il 17 may tarixinə təsadüf etməsi ilə bağlıdır.

Əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanların səviyyəsinin yüksəldilməsi, rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin artırılmasına kömək etməkdir.

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunu “Transformasiya 2030: Davamlı İnkişaf Məqsədləri üçün İKT” təşkil edir. Mövzu iqtisadi, ekoloji və sosial dayanıqlığı inkişaf etdirmək üçün İKT ilə əlaqəli həll yollarına və yaranan meyillərə diqqət yönəltməyə hədəflənib.

Qlobal informasiya cəmiyyətinin iştirakçısına çevrilmiş ölkəmizdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında  telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və digər sahəvi proqramlar çərçivəsində informasiya cəmiyyətinin inkişafı üzrə bir çox işlər görülür. Bu sənədlərə uyğun olaraq, ölkədə İKT infrastrukturu və xidmətlərinin genişləndirilməsi, yüksək texnologiyalar sektorunun inkişafı, sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın və əməliyyat səmərəliliyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Eyni zamanda, hökumətin və sosial mühitin rəqəmsallaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi, İKT sahəsində bilik və bacarıqların yüksəldilməsi, milli kontentin inkişaf etdirilməsi, cəmiyyətin bütün üzvlərinin İKT-nin yaratdığı imkanlardan istifadəsinə şərait yaradılması da görülən tədbirlər sırasında yer alır.

Görülmüş işlər nəticəsində ölkədə İKT sektoru iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sahəsinə çevrilib.

Ölkədə internetə çıxış üçün simli, simsiz, mobil texnologiyalar tətbiq edilir. Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması üçün “Evlərə optika” layihəsi” həyata keçirilir. “İctimai Wi-Fi” layihəsi çərçivəsində Bakı şəhərinin ictimai yerlərində internet xidmətinə ödənişsiz çıxış təmin edilib. Provayderlər və mobil operatorlar təhlükəsiz internet xidməti verirlər.

Elektron imzanın tətbiqi genişləndirilir, davamlı olaraq e-imza istifadəçilərinin sayı artır. Ölkəmizdə elektron ticarətin inkişafı üçün addımlar atılır. Elektron ticarət platformalarına minimal təhlükəsizlik tələbləri müəyyənləşdirilib. Artıq üç ildir ki, beynəlxalq ekspertlərin iştirakı ilə Bakı Elektron Ticarət Forumu keçirilir. Forum çərçivəsində daxili bazarda elektron ticarətin payının artırılması istiqamətində müzakirələr aparılır, tövsiyələr verilir.

Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması, İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi, gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün təlimlər, kurslar, müxtəlif konfranslar, forumlar, seminarlar, “dəyirmi masa”lar, sərgilər, müsabiqə, viktorina, olimpiada tədbirləri keçirilir, kütləvi informasiya vasitələri (KİV) vasitəsi ilə təbliğat-təşviqat işləri aparılır.

Hər il ali məktəb tələbələri arasında informatika üzrə olimpiada, beynəlxalq “İKT-də qızlar”, “Təhlükəsiz internet” günləri çərçivəsində tədbirlər təşkil olunur. Milli kontentin inkişafı ilə bağlı “NETTY” müsabiqəsinə, “Mən Azərbaycanlıyam” bilik yarışmasına dəstək verilir.

Sözsüz ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı ilə bağlı görülmüş işlər sadalananlarla məhdudlaşmır, çoxşaxəli fəaliyyət uğurla davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2016

Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

17-05-2019

Ümumdünya İnformasiya Cəmiyyəti Günü qeyd edilir

17-05-2017

17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

19-05-2014

Sabah Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd ediləcək

16-05-2015

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə bağlı tədbir keçiriləcək

17-05-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunacaq

14-05-2009

Genişzolaqlı İnternetin inkişafı üzrə fəaliyyət proqramı hazırlanıb

25-04-2015

Bakıda Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olunub

16-05-2009

RYTN tərəfindən illik hesabat nəşr olunub

22-07-2015

Azərbaycanda İKT sahibkarlığın inkişafı müzakirə edilib

18-05-2016

Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb.

20-07-2018

Sumqayıtda İKT-nin inkişafı məqsədi ilə seminar keçirilib

04-12-2008

17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

16-05-2011

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018

İnformasiya cəmiyyətinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib

20-09-2016

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Rəqəmli bacarıqlar üzrə tədris portalı yaradılıb

05-01-2021

“Onlayn media 2014” müsabiqəsi başlayır

16-09-2014

Ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq

16-06-2017

Agentlik: Respublikamızın ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası yüksələn xətlə inkişaf edir

17-05-2021

Azərbaycan İKT sahəsində beynəlxalq simpoziumda iştirak edəcək

13-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə