Previous Next
Bağla

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

01-11-2018 10:22
Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının konfransında çıxış edib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı öz işini davam etdirir. Konfransa hökumət başçıları, İKT sahəsi üzrə nazirlər, nazir müavinləri, akademik təsisatların, eləcə də, özəl şirkətlərin nümayəndələrindən ibarət 2500-dən çox iştirakçı qatılıb.

Xeberler.az  bildirir ki, 29 oktyabrdan öz işinə başlayan konfrans noyabrın 16-dək davam edəcək. Bu gün səlahiyyətli konfrans çərçivəsində keçirilən plenar iclasda Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir bildirib ki, Azərbaycan İKT sektorunun inkişafı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirak etmək üçün davamlı işlər görür.

Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edən R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyası”nda öz əksini tapıb.

“Bu baxımdan, biz ölkədə telekommunikasiya, İKT-nin geniş tətbiqi, internet istifadəçilərinin sayının artırılması, informasiya cəmiyyətinin inkişaf etdirilməsi və eyni zamanda rəqəmli iqtisadiyyatın təmini üçün müasir texnologiyaları tətbiq edirik. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzvlük dövründə ölkədə bütün İKT infrastrukturu daim inkişaf etdirilib. Bu gün Azərbaycan əhalisinin 80%-dən çoxu internet istifadəçisidir, ev təsərrüfatlarının 64%-də kompüter var. Ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 106-ya çatır. Biz mobil genişzolaqlı şəbəkə də daxil olmaqla genişzolaqlı xidmət istifadəçilərinin sayını artırır, “4G” texnologiyalarının tətbiqini genişləndiririk. İKT infrastrukturuna qoyulan investisiyalar böyük nəticələr verməkdədir. Belə ki, 2016-cı ildə Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli sertifikata malik Data Mərkəzini istifadəyə vermişik. Kiçik və orta biznesin, startap ekosisteminin imkanlarını artırmaq üçün Bakıda İnnovasiya Mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz gənc sahibkarlar üçün innovativ ideyaların təşviq edilməsi məkanına çevriləcək”.

BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttinin inşasıdır. R.Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaqdır. Səlahiyyətli konfransın dünyada informasiya və kommunikasiya texnologiyalarının inkişafında yeni tendensiyalar müəyyən edəcəyinə ümid etdiyini bildirən nazir Azərbaycanın öz növbəsində İttifaqın fəaliyyəti çərçivəsində fəal əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb”.

Plenar iclas gün ərzində öz işini müxtəlif mövzuların müzakirəsi üzrə davam etdirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021

Rabitə və informasiya texnologiyaları naziri BTİ-nin Səlahiyyətli Konfransının işinə qatılıb

11-10-2010

Bakıda Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Başçıları Şurasının 54-cü iclası keçirilib

04-12-2018

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

Nazir Ramin Quluzadə ikitərəfli görüşlər keçirib

04-12-2019

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq beynəlxalq Xəzər İnnovasiya Konfransı keçirilir

05-12-2018

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Ali Şurasına üzvlük üçün namizədliyini təqdim edib

02-06-2010

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

22-03-2022

QDİƏT üzvləri İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

05-12-2018

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

Qoşulmama Hərəkatına üzv dövlətlərin İKT nazirləri Birgə Bəyannamə qəbul edib

25-05-2023

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2021

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018

Ramin Quluzadə İKT sektorunda görülən işlərdən danışıb

19-12-2017

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016

Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

19-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə