Azərbaycanda genişzolaqlı İnternetin inkişafını nəzərdə tutan “Hər evə optika” layihəsi üzrə yeni imkanlar yaradılır. Layihənin icrasına ötən il başlanılıb və ilkin nəticələr uğurludur.
Xeberler.az-ın məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, “Hər evə optika” layihəsi üçün xarici şirkətdən 15 milyon dollar məbləğində ilkin kredit cəlb edilib. Hazırda vətəndaşlar müxtəlif texnologiyalardan istifadə etməklə həm simli və simsiz, həm də mobil-internet xidmətlərindən istifadə edirlər. Layihə çərçivəsində daha yüksək tutumlu xidmətlərin istifadəyə verilməsi nəzərdə tutulub.
Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə “Hər evə optika" prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi öz əksini tapıb. Eyni zamanda, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər nəzərdə tutulub.
Layihənin məqsədi ucqar yaşayış məntəqələri daxil olmaqla ölkənin bütün ərazisini 10-100 meqabit/saniyə civarında sürətli internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını artıqmaqdır. Bu da Azərbaycana 2017-ci ildə dünyanın bu sahədə inkişaf etmiş ölkələri sırasına çıxmağa imkan verəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri