Previous Next
Bağla

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019 18:01
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Xeberler.az bildirir ki, Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirəküşkül, Aşağı və Yuxarı Güzdək kəndlərində, Sulutəpə qəsəbəsi Xocahəsən yaşayış massivi, digər kəndlər və yeni yaşayış massivləri də daxil olmaqla Abşeron Telekommunikasiya Qovşağının xidməti ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionlarda informasiya- kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətə davamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.

Genişzolaqlı infrastrukturun yenidən qurulması və nəticədə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən planlı işlər ilkin mərhələdə bir neçə regionu əhatə edir. Hazırda Abşeron rayonu üzrə layihə çərçivəsində işlər artıq yekunlaşmaq üzrədir.

Qovşağın xidmət ərazisi üzrə 50 ədəd ONU (Çöl tipli Elektron ATS) avadanlığının qurulması üçün işlər başa çatdırılıb. Quraşdırılan avadanlıqların 80%-i artıq istifadəyə verilib. GPON layihəsinin həyata keçirilməsi üçün kabel-kanal qurğuları tikilir. Ümumilikdə ONU və GPON layihəsi üçün 65 min metrə yaxın birləşdirici fiber-optik kabelləri çəkilib.

Uzaq məsafədə yerləşən paylayıcı şkaflardakı on üç minə yaxın abunəçiyə yeni quraşdırılan ONU avadanlığından xidmət göstəriləcək. Bu da öz növbəsində internetin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olacaq.

Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərinin telefona olan tələbatı nəzərə alınaraq GPON (Gigabit Passive Optical Network) layihəsi hazırlanıb. Layihə əsasında Mehdiabad qəsəbəsində yeni tikilmiş həyət evləri üçün Optik paylayıcı şkaf quraşdırılaraq 600 abunəlik daxili xətt şəbəkəsi üçün 8000 metrə yaxın müxtəlif tutumlu fiber-optik kabel çəkilib. Hazırda vətəndaşlara internet və telefon xidməti göstərilir.

İlk növbədə xidmətə daha çox tələbat olan ərazilərdə yeni avadanlıqların quraşdırılması həyata keçirilir. Belə ki, Xırdalan şəhəri H.Əliyev prospektində 1 ədəd OPŞ quraşdırılaraq “1 May yaşayış massivi”nə (həyət evlərinə) və çoxmərtəbəli yeni yaşayış binalarına daxili xətt şəbəkəsi tikilməklə 3000-ə yaxın mənzilə xidmət göstəriləcək.

“Aztelekom” MMC-nin xidməti ərazisi üzrə əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin verilməsinin daha da artırılması məqsədilə yeni texnologiyaların regionlarda tətbiqi istiqamətində ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

02-12-2014
Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021
“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021
GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

GPON texnologiyası ilə genişzolaqlı xidmətlərin təqdim edilməsinə başlanılıb

30-07-2022
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019
NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir

NRYTN genişzolaqlı internetin əhatə dairəsini genişləndirmək üçün yeni texnologiya tətbiq edir

04-08-2020
“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə  təmin edir

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020
 “Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

“Baktelecom” Dədə Qorqud massivində optik şəbəkəsini istifadəyə verdi

06-04-2022
Nazirlik regionda yeni texnologiyalar quraşdırır

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017
Aztelekom İB Abşeronda NGN texnologiyasının tətbiqinə başlayır

Aztelekom İB Abşeronda NGN texnologiyasının tətbiqinə başlayır

29-04-2009
Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017
“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

“Aztelekom” Abşeron rayonunun 99 faizini yüksəksürətli internetlə əhatə edib

22-10-2024
Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019
“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin  icrasını sürətləndirdi

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

15-07-2019
Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019
Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

27-07-2015
Sumqayıtın rabitə şəbəkəsi yenilənir

Sumqayıtın rabitə şəbəkəsi yenilənir

17-04-2015
Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

Azərbaycanda fiber-optik internetlə təmin olunan evlərin sayı açıqlandı

01-11-2022
Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

Aztelekom Zaqatalada 384 ailəni müasir avadanlıqla təmin edib

18-01-2021
“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb   

“Aztelekom” MMC Quba rayonunda GPON texnologiyasının tətbiqinə başlayıb  

13-09-2022
“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020
Ötən il dövlət xətti ilə İKT sahəsinə qoyulan investisiyanın həcmi açıqlanıb

Ötən il dövlət xətti ilə İKT sahəsinə qoyulan investisiyanın həcmi açıqlanıb

14-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə