Previous Next
Bağla

Sumqayıtın rabitə şəbəkəsi yenilənir

17-04-2015 13:10
Sumqayıtın rabitə şəbəkəsi yenilənir

Sumqayıtda Cənubi Qafqazda ilk dəfə olaraq hər evə qədər optikləşmə - "GİPON" layihəsi reallaşır. Artıq bu pilot layihə şəhərin 14-cü məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində tam tətbiq olunub.

Xəbərlər AZƏRTAC-a istinadən məlumat verir ki, bunu Sumqayıt Telekommunikasiya Qovşağının ( STQ ) rəisi Akif Əsgərov bildirib. Sözügedən layihəni Yaponiyanın "Fujikura" və Türkiyənin "Alkatel" şirkətləri reallaşdırırlar.

Layihənin tətbiqindən və səmərəli nəticələrindən danışan A.Əsgərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İB-nin dəstəyi ilə rabitə şəbəkəsinin daha da modernləşdirilməsi istiqamətində davamlı tədbirlərin həyata keçiriləcəyini deyib.

Bildirilib ki, hazırda bütün qabaqcıl ölkələrdə yaşayış binalarının, biznes və ticarət mərkəzlərinin, müəssisə və təşkilatların şəbəkələri optik kabellərdən istifadə edilməklə GPON texnologiyası əsasında qurulur.

A. Əskərov qeyd edib ki, layihənin həyata keçirilməsi nəticəsində hər bir mənzilə çəkilən optik kabellə telefon rabitəsi ilə yanaşı, genişzolaqlı internet xidmətləri, IP TV və bütün multimedia xidmətlərinin göstərilməsi mümkündür.

Müştərilərin sürətli internet şəbəkəsinə, IPTV, VoD, video və interaktiv oyunlara, IP telefon və s. kimi multimedia xidmətlərinə yüksək sürətlə qoşulmalarına zəmanət verilir.

Qeyd edək ki, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb. Bundan başqa Sumqayıt TKQ-nin inzibati binası ən müasir tələblər səviyyəsində tamamilə yenidən qurulub.

Hazırda Sumqayıt Telekommunikasiya Qovşağı tərəfindən 62 mindən çox abunəçiyə rabitə xidməti göstərilir. Yaxın vaxtlarda şəhərin Şirvan, Dəmir Yolu, Tuğ Zavod, Yaşıl dərə Novxanı bağları, Stansiya Sumqayıt qəsəbələrində ONU avadanlıqları qurulacaq.

Bütün stansiyalar üzrə ADSL portlarının 20 min artırılması planlaşdırılır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq

23-04-2019

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019

Baktelecom 24 min mənzili optik şəbəkəyə keçirib

09-07-2019

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009

Sakinlərə pulsuz avadanlıq verildi

14-12-2018

“Baktelecom” Binəqədi və Sabunçu rayonlarında “Evədək optika” layihəsinin icrasını sürətləndirdi

07-07-2021

Evədək optika layihəsinin əhatə dairəsi genişləndirilir

10-09-2019

“Baktelecom” Hövsan qəsəbəsində optik telekommunikasiya xidmətləri təqdim edir

26-04-2021

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017

Şuşa şəhəri optik telekommunikasiya xidmətləri ilə təmin edilib

08-11-2021

100 minədək evə sürətli internet çəkiləcək

09-04-2018

“Baktelecom” fərdi yaşayış evlərini optik xətlərlə təmin edir

05-08-2020

Abşeronda yeni yaşayış məntəqələri kabelləşdirilir

02-12-2014

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

11-08-2020

Evədək optika layihəsinin ikinci mərhələsinə başlanıb

18-04-2019

Azərbaycan kəndlərində ilk dəfə “GPON” texnologiyası əsasında şəbəkə qurulur

17-05-2021

“Baktelecom” yeni yaşayış massivi sakinlərini multimedia xidmətləri ilə təmin edir

24-08-2020

“Baktelecom” “İçərişəhər” qoruğunda müasir standartlara cavab verən optik şəbəkəsini istifadəyə verib

03-12-2020

“Hər evə optika” layihəsi üzrə ilkin nəticələr açıqlanıb

19-06-2015

Nazirlik simsiz rabitə texnologiyası istifadəyə verdi

29-03-2018

“Baktelecom” optik şəbəkəyə keçidi sürətləndirib

22-05-2020

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015

Google-la Huawei arasında problem Aztelekom-a təsir edəcək?

22-07-2019

Sumqayıtda NGN şəbəkəsinin qurulması ilə bağlı işlər davam etdirilir

14-07-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə