Previous Next
Bağla

Hesab.az yeni loqosunu təqdim etdi-Video

09-03-2016 16:27
Hesab.az yeni loqosunu təqdim etdi-Video

Azərbaycanın onlayn ödəmələr bazarının böyük şirkətlərindən olan GoldenPay ASC Hesab.az protalının yeni vizual görünüşünü təqdim edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  bu gündən etibarən istifadəçilər portalı yeni dizaynda istifadə edəcək.

Park İnn otelində keçirilən mətbuat konfransı portalın təqdimat video çarxı ilə başlayıb.

 Portalın təqdimat video çarxında Hesab.az-ın yeni əsas konsepsiyası olan “Vaxtınıza dəyər verin” mesajı ön plana çəkilib. Video çarxın rejissoru Emil Quliyev çıxışında uzun zamandır Hesab.az istifadəçisi olduğunu və Hesab.az-ın yeni konsepsiyasının təqdimat videosunun hazırlanması ilə bağlı təklifi məmnuniyyətlə qəbul etdiyini bildirib.

Mətbuat konfransında şirkətin rəhbəri Fərid İsmayılzadə Hesab.az-ın yeni stili ilə bağlı jurnalistlərə ətraflı məlumat verərək, portalın qarşıdakı hədəflərini açıqlayıb:

“Hər zaman inanmışam ki, insan texnologiyanın edə biləcəyi işlərə görə vaxt itirməməlidir. Əgər texnologiyadan istifadə edərək, hər hansı ödəniş aparmaq və ya xidməti almaq üçün 10-15 saniyə kifayət edirsə, niyə buna saatlarla vaxt itirilməli, enerji sərf edilməlidir?! Elə bu ideyanın əsasında biz 2011-ci ildə Hesab.az portalını yaratdıq. Bizim üçün heç vaxt şirkətin kommersiya maraqları üstün olmayıb. Bizim əsas məqsədimiz insanların vaxtlarına qənaət edərək onu daha səmərəli keçirmələri və ailələrinə, sevdiklərinə daha çox vaxt ayırmalarıdır. Elə ilk video çarxımızda da məhz ailə mövzusu önə çəkdik. Qarşıda yeni video çarxların çəkilişi də nəzərdə tutulub. Yeni video çarxlarda isə Hesab.az-dan istifadə etməklə qənaət edilən vaxtın necə daha səmərəli dəyərləndirməyin mümkünlüyünü nümayiş etdirəcəyik”.

 F. İsmayılzadə il ərzində Hesab.az-ı tamamilə yenilənəcəyini deyib: “Hesab.az-ın yalnız görüntüsünü deyil, həm də texnoloji imkanlarını yeniləyəcəyik. Demək olar ki, bu istiqamətdə görülən işlərin yarısı tamamlanıb. Növbəti ildə isə biz onlayn xidmətlərimizin sayını artırmağı planlaşdırırıq. Hesab.az istifadəçiləri aviabilet daxil olmaqla, alış-veriş etmək imkanına qədər bir çox xidmətləri bir məkandan əldə edə biləcəklər”.

Fərid İsmayılzadə mətbuat konfransında yeni istifadəyə verilmiş lite.hesab.az USSD sistemini də təqdim etdi. O bildirib ki, bu sistem interet olmadan Bakcell və Nar abunəçilərinə hesab.az-dan istifadə etmək imkanı verir: "lite.hesab.az-da qeydiyyatdan keçmiş Bakcell və Nar abunəçiləri *713# yığmaqla USSD menudən isitfadə edərək rahat şəkildə ödənişlərini edə bilərlər".

Portalın yeni dizaynını hazırlayan SAFAROFF Creative Agency şirkətinin qurucusu Çingiz Səfərov GoldenPay-lə işləməkdən məmnun olduğunu bildirib: “GoldenPay müasir və yenilikçi şirkətdir. Bu şirkət üçün insanların vaxtına qənaət etməsi əsas amil olduğundan işimizdə bunu nəzərə almışıq. Hesab.az brendinin yeni stilini də məhz bu amili əsas tutaraq hazırlamışıq”.

 

Məltəm Talıbzadə 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az yeniləndi

09-03-2016

Hesab.az-da qeydiyyatdan keçən istifadəçilərin sayı açıqlanıb

30-06-2016

Hesab.az yeni funksiyasını test edir

18-03-2015

Hesab.az-dan istifadəçilərinə şad xəbər

13-08-2015

“Goldenpay“ şirkəti 14 ildir ki, vaxtınıza dəyər qatır!

15-07-2021

Hesab.az Gürcüstanda fəaliyyətə başlayacaq

25-09-2015

Hesab.az tam yenidən qurulur

17-10-2016

Hesab.az və Bakcell-dən yenilik

18-04-2016

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020

Hesab.az -da 2 Qat qazananlardan olun!

01-03-2021

Hesab.az-da 2-QAT Novruz sevinci!

19-03-2022

Hesab.az istifadəçilərini sevindirmək üçün fərqli kampaniyalar təqdim edir

04-02-2021

Hesab.az-dan çoxdan gözlənilən yenilik

29-04-2019

Hesab.az-dan Bakcell abunəçilərinə şad xəbər

25-06-2015

Hesab.az-da 5-QAT Bahar hədiyyəsi

02-03-2022

"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu

15-07-2023

Hesab.az və Azercell-dən daha bir yenilik

26-11-2015

Hesab.az yeni ayın ödənişlərinə 2-qat Koin qazandırır!

01-02-2022

Hesab.az “Silahlı Qüvvələrə Yardım Fondu”-na ianə edib

04-11-2020

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Hesab.az və Silk way Bank-dan yeni hədiyyə kampaniyası

25-12-2015

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

Hesab.az -da Masterpass-la ödəniş qazandıracaq!

28-11-2019

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə