Previous Next
Bağla

Hesab.az “ASAN Akademiya 2019” layihəsinə dəstəyə görə təltif olunub!

02-07-2019 09:48
Hesab.az “ASAN Akademiya 2019”  layihəsinə dəstəyə görə təltif olunub!

Xeberler.az bildirir ki, 28 iyun 2019-cu il tarixində “ASAN Könüllüləri” Təşkilatı tərəfindən “Gilan Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “ASAN Akademiya 2019” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə GoldenPay şirkətinin İdarə Heyətinin Üzvü, Məhsulların inkişafı və Marketinq üzrə direktor Tuğba Uçar “ASAN Akademiya 2019”  layihəsində təlimçi qismində göstərdiyi dəstəyə görə “Təşəkkürnamə” ilə təltif olunub. Həmişə gənclərin təhsil və şəxsi inkişafına dəstək olan Hesab.az onlayn ödəniş portalı dəfələrlə faydalı ödənişsiz təlim, seminarların təşkil olunmasında iştirak etmiş, sosial tədbirlərə dəstək olmuşdur.

Qeyd edək ki, Tuğba xanım ASAN Xidmət könüllüləri üçün "Marketinq planı necə hazırlanmalı?" mövzusunda seminarında təlimçi qismində çıxış etmişdir.
Eyni zamanda tədbirdə öncə Karyera sərgisi təşkil olunub. Sərgidə iştirakçılar üçün 10-a yaxın şirkət tərəfindən müxtəlif vakansiyalar təqdim olunub. GoldenPay şirkəti – Hesab.az onlayn ödəniş portalı olaraq Karyera sərgisində iştirak edib. 

Məlumat üçün qeyd edək ki, “ASAN Akademiya 2019” layihəsi müddətində iştirakçılar üçün peşəkar mütəxəssislər tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunub. İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyalar təşkil edilib.
Bağlanış mərasimində mükafatlandırma mərasimi keçirilib və xatirə şəkili də çəkdirilib.
Həmçinin günün sonunda “ASAN Akademiya” layihəsinin 5 illiyi münasibəti ilə iştirakçılar üçün Məzun gecəsi təşkil olunub.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

Hesab.az ilə gənclər üçün seminar

13-05-2019

Hesab.az təhsilin inkişafına dəstək olur

25-02-2019

Hesab.az ASAN Məktub layihəsinə onlayn kommunikasiya dəstəyi oldu

20-02-2019

Hesab.az platformasında növbəti hədiyyəli kampaniya başladı

14-11-2019

ASAN Akademiya 2019 layihəsinə start verilir

02-04-2019

Hesab.az-da “Hərrac” başlayır!

04-07-2019

Hesab.az hər zaman sosial layihələrə dəstək olur

04-06-2019

Hesab.az-dan avtomobil sahiblərini sevindirəcək yenilik

09-02-2019

Hesab.az –dan növbəti Ramazan kampaniyası

07-06-2019

GoldenPay ASC-nin “E-Bacarıqlar” adlı təlimləri yekunlaşıb

15-11-2021

Hesab.az-da başlayan hərrac başa çatıb

03-09-2019

Hesab.az Ramazan kampaniyası keçirir

07-05-2019

GoldenPay şirkətinin tələbə təqaüdçüləri ilə görüşü baş tutub

28-01-2020

Hesab.az Bakcell ilə birgə yeni kampaniyaya start verib

18-01-2019

"Goldenpay" və Asan Könüllülük Məktəb “Zəfər” xeyriyyə layihəsi təşkil edib

11-11-2021

Hesab.az Xalq Bank ilə əməkdaşlıq edəcək

03-04-2020

Sevgililər günündə Hesab.az istifadəçiləri sevindirdi

15-02-2020

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Hesab.az yeni mövsümdə istifadəçilərini 2-QAT qazandıracaq

10-09-2021

Hesab.az yeni funksiyanı istifadəçilərə təqdim edib

03-03-2020

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru

10-12-2018

Hesab.az –dan qadınları sevindirən  kampaniyalar

13-03-2019

Hesab.az-da ödənişlər hədiyyə qazandırır

09-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə