Bu ilin sonuna kimi “Hyundai Genesis” və “Kia Soul” modellərində şirkətlərin öz proqramları əvəzinə “Android” əməliyyat sistemi ilə idarə edilən multimedia kompleksləri quraşdırılacaq. Gələn il konsernin bütün modelləri “Google”dan mobil platforma əsasında infoteymentlər əldə edəcəklər.
“Hyundai Motor Group” konserninə daxil olan “Hyundai” və “Kia” şirkətləri avtoistehsalçılar arasında özlərinə məxsus avtomobil informasiya-əyləncəli sistemlərinin yaradılmasında “Android” əməliyyat sistemini istifadə edən ilk şirkətlər olacaqlar. Əvvəlcə naviqasiya bu ilin sonunadək buraxılacaq, “Android” mühitində “Hyundai Genesis” və “Kia Soul” yenilənmiş modellərində tətbiq ediləcək. Gələn il bu opsiya konsernin bütün yeni avtomobillərində tətbiq ediləcək.
Müasir “Kia” avtomobilləri nitqin tanınması texnologiyasını və smartfon vasitəsilə internetə qoşulma imkanını daxil edən “Uvo” informasiya-əyləncə sistemləri ilə təchiz edilir. “Hyundai”da bu kompleks “Bluelink” adını daşıyır. Bu sistem maşının məsafədən işə salınmasını və mühərrikin SMS vasitəsilə söndürülməsini təmin edə bilər.
“Android” smartfonu ilə idarə edilən naviqasiya sistemlərinə qoşulduqda bəzi funksiyaları eyni platformada salonun daxilində quraşdırılmış displey vasitəsilə idarə etmək olacaq. Ehtimal edilir ki, bort kompleksi “Google” servislərin, o cümlədən, “Google Maps” kartoqrafik servisin və multimedia kontenti yerləşdirilən “Google Play” onlayn portalının dəstəyini alacaq. Ehtimal edilir ki, “Hyundai” və “Kia” avtomobillərində müəyyən proqramlarla uyğunlaşdırılmış xüsusi “Android” versiyası quraşdırılacaq.
Bir çox elektronika istehsalçıları əməliyyat sistemini öz tələbatlarına uyğunlaşdırırlar və hətta şəxsi əlavələr mağazası ilə təmin edirlər. Misal üçün, belə yanaşmanı “Amazon” şirkəti istifadə edir. “Hyundai” və “Kia” şirkətlərinin buraxacağı “Android”-infoteymentlərində nəqliyyat vasitəsini mobil qurğu vasitəsilə məsafədən idarə etmək imkanı verən tematik funksional əmələ gələcək. Smartfonla avtomobil arasında rabitə “Wi-Fi” texnologiyası və ya simsiz birləşmə vasitəsilə qurulacaq. (ictnews.az)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri