“İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa keçiriləcək

12-12-2008 / 13:44

 

      Multimedia İnformasiya Sistemləri  və Texnologiyaları Mərkəzi tərəfindən 15 dekabr 2008- cı il  tarixdə , saat 11.00-da , Azərbaycan Media Mərkəzində  “İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması: problemlər  və perspektivlər ” mцvzusunda Dəyirmi Masa keзiriləcək.

       Dəyirmi   Masada informasiya  azadlığının gerçəkləşməsi üçün qanunvericilikdə yaradılması nəzərdə tutulan  İctimai informasiya Mərkəzlərinin formalaşması sahəsində mövcud   vəziyyət   və problemlər ətrafında müzakirələr   aparılacaq . İctimai informasiya Mərkəzləri infrastrukturunun yaradılması ilə bağlı Multimedia Mərkəzi tərəfindən hazırlanan Təkliflər təqdim olunacaq. Həmзinin dövlət qurumları tərəfindən elektron formada təqdim olunan xidmətlərin Monitorinqinin nəticələri açıqlanacaq.

      Dəyirmi Masada hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

       Tədbir Qeyri-Hцkumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası  tərəfindən dəstəklənən “İnformasiya   azadlığının inkişafı üçün çevik və effektiv mexanizmlərin yaradılması”  Layihəsi çərçivəsində keçirilir. www.informasiya.org 

 

 


xeberler.az/Ellada


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.