Məlumat verdiyimiz kimi, Multimedia Mərkəzi dövlət qurumlarının rəsmi İnternet resurslarının informasiya açıqlığı üzrə monitorinqini aparırdı.
Xəbərlər-in məlumatına görə, bu il həyata keçirilən monitorinq prosesində 73 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s. ) və 67 Yerli icra orqanının (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılıb.
Mərkəzdən Xeberler.az-a bildirilib ki, 4 ay davam edən monitorinqin nəticələri ilə bağlı avqustun 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti: problemlər və perspektivlər” mövzusunda Dəyirmi Masa təşkil ediləcək.
Məlumata görə, toplantıda dövlət qurumlarının onlayn şəffaflıq Hesabatı və onlayn şəffaflıq üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunacaq.
Dəyirmi Masada dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri