Previous Next
Bağla

III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

21-07-2025 13:11
III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir

Dünyanın aparıcı mətbuat orqanlarının xüsusi diqqət mərkəzində olan və artıq üçüncüsü təşkil edilən Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və qlobal proseslərlə bağlı mövqeyinin nümayiş etdirilməsində, beynəlxalq informasiya axınının idarə olunmasında, media təhlükəsizliyinin təminatı və dezinformasiyalarla mübarizədə mühüm platformaya çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən builki Forumda 52 ölkədən 140 nümayəndə, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun əməkdaşı iştirak edir.

Xeberler.az məlumat verir ki, forumun əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbovanın sözlərinə görə, bu beynəlxalq tədbir ilk növbədə Azərbaycanın kommunikasiya strategiyasının gücləndirilməsi məqsədini daşıyır. Forumun işğaldan azad edilmiş ərazilərdə keçirilməsi təsadüfi deyil. Bununla ölkəmiz postmünaqişə dövründə tarixi reallıqların düzgün təqdimatına nail olur. Forum Qarabağda sülh, sabitlik və inkişaf mənzərəsini qlobal auditoriyaya təqdim etmək baxımından əhəmiyyətlidir. Azərbaycan həm regionun yenidən qurulması, həm də informasiya suverenliyinin bərpası ilə bağlı beynəlxalq mesaj verir. Jurnalistlərin Şuşada, Xankəndidə və digər ərazilərdə reallıqları yerində görməsi və paylaşması obyektivliyin artırılmasına xidmət edir.

Zənurə Talıbova bildirib ki, Azərbaycanın təşəbbüsü ilə formalaşan bu platforma qlobal informasiya məkanında çoxqütblü yanaşmanın təşviqinə yönəlib. Bu, Qərb dominantlığı altında formalaşmış media strukturuna qarşı alternativ və balanslaşdırılmış diskursun yaradılmasına, regional əməkdaşlıq və inteqrasiyaya xidmət edən təşəbbüsdür. Tədbirdə Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İƏT və digər platformalar çərçivəsində media əməkdaşlığı dərinləşdirilir. Xüsusilə inkişaf etməkdə olan ölkələrin informasiya suverenliyi, media infrastrukturuna sərmayə, jurnalistlərin hazırlıq səviyyəsi və informasiya texnologiyalarına çıxışı üzrə birgə təşəbbüslər və texnoloji mübadilə imkanları geniş müzakirə olunur.

İİTKM-in şöbə müdiri vurğulayıb ki, III Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya mühitində bərabərhüquqlu, balanslı və təhlükəsiz nizamın formalaşdırılmasına yönəlmiş strateji təşəbbüsdür. Tədbirə yüksək maraq onu göstərir ki, Azərbaycan qlobal media siyasətinin formalaşmasında izləyici yox, fəal təşəbbüskar mövqeyə, məlumat mübadiləsi və informasiya müharibəsində istiqamətverici rola malikdir.

Forumun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunması isə texnoloji transformasiya və müasir çağırışlara mətbuat orqanlarının dayanıqlılığını müzakirə etmək üçün fürsət yaradır. Forumda rəqəmsal medianın gələcəyi, süni intellektin bu sahədə rolu, jurnalistika etikasının dəyişməsi kimi məsələlər müzakirə olunur. Azərbaycanın bu müzakirələrdə liderliyi media siyasətində texnoloji yeniliklərə açıq olduğunu nümayiş etdirir.

Beləliklə, III Şuşa Qlobal Media Forumu sadəcə media hadisəsi deyil, həm də Azərbaycanın qlobal informasiya gündəmində daha fəal iştirakına, Qarabağın dirçəlişini dünyaya göstərməyə, jurnalistlər üçün yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaratmağa yönələn tarixi hadisədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025

Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

19-07-2025

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

Hikmət Hacıyev: Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur

20-07-2025

Klaus Strunz: Süni intellektə nəzarət mexanizmləri olmalıdır

21-07-2025

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

MEDİA-nın Müşahidə Şurasının iclası keçirilib

18-09-2025

Prezident D-8 Media Forumu iştirakçılarına müraciət ünvanlayıb

21-11-2025

Fernando Soares: Media işçiləri informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır

20-07-2025

Çində Qlobal Cənub Media və Beyin Mərkəzləri Forumu keçirilir

06-09-2025

Mətbuatın 150 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb

21-07-2025

Süni intellektin öyrənilməsi Azərbaycan mediası qarşısında vacib tapşırıqlardandır

20-07-2025

“Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” konfransı keçirilib

14-05-2025

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024

Əhməd İsmayılov: İnformasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün vacib çağırışlarındandır

11-10-2024

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

Prezident: Biz ortaq regional informasiya platformalarının yaradılmasını dəstəkləyirik

21-11-2025

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

"Media, süni intellekt və innovasiya" mövzusu müzakirə edilib

01-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə