Previous Next
Bağla

İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

22-10-2026 12:34
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzalayıb

Prezident İlham Əliyev Vergi, Miqrasiya Məcəllələrində, eyni zamanda "Sosial sığorta haqında", "Gömrük tarifi haqqında", "Lisenziyalar və icazələr haqqında" və "Dövlət satınalmaları haqqında" qanunlarda dəyişiklikləri imzalayıb.

Xeberler.az məlumat verir ki, sənədə əsasən, 2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid olduqda vergi ödəyicisinin iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərin 100 faizi azı 3 il ərzində gəlir və mənfəət vergisindən azad ediləcək.

Əvvəlki qanuna görə, mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir 3 il müddətinə gəlir və mənfəət vergisindən azad idi. Bu müddət 3 ildən 7 ilə qaldırılıb.

Gəlir və mənfəət vergisindən azad olma aşağıdakılara da şamil ediləcək:

- "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;

- Yuxarıda göstərilən (texnologiyalar parkının rezidentləri istisna olmaqla) iştirak payları (səhmlər) üzrə fiziki şəxslərə ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə;

- royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər - 2027-ci il yanvarın 1-dən 20 il müddətinə. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilmir;

- vençur kapitalı fondları tərəfindən "Startap" şəhadətnaməsini, sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər - 2027-ci il yanvarın 1-dən 10 il müddətinə.

Layihəyə əsasən, müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən "Startap" şəhadətnaməsi və ya sənaye, yaxud texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın vergi tutulan ümumi gəlirindən çıxılacaq:

- fərdi sahibkarın gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) 50 faizindən çox olmamalıdır;

- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;

- investisiya qoyuluşunu həyata keçirən fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);

- əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır;

- investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə fiziki şəxsin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;

- sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.

Qanuna görə, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə "Startap" şəhadətnaməsi almış şəxslərə, sənaye və texnologiyalar parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılacaq. Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin qarşılıqlı surətdə asılı olan şəxslər olduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara bu maddədə nəzərdə tutulan 2,5 əmsal tətbiq edilməyəcək. Bu maddədə nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, habelə texnoloji və sənaye uğursuzluqların nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.

Royalti hesab edilmədən, "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda bu maddədə nəzərdə tutulan azadolma tətbiq edilməyəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

İT mütəxəssisləri üçün yeni vergi güzəşti tətbiq olunacaq

17-06-2026
İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

İT və süni intellekt sektoruna böyük güzəştlər nəzərdə tutan layihələr I oxunuşda qəbul olunub

07-07-2026
Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

Startaplar 3 il müddətinə mənfəət vergisindən azad oluna bilər

19-11-2018
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

Azərbaycanda "Texnopark rezidenti" anlayışı dəyişir

19-12-2022
Sahibkarlar 7 il müddətinə ciddi güzəştlər əldə  edəcək

Sahibkarlar 7 il müddətinə ciddi güzəştlər əldə edəcək

19-01-2016
“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021
İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025
Startapın müəyyən olunması meyarları təsdiqlənib

Startapın müəyyən olunması meyarları təsdiqlənib

30-01-2021
Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

Aqrar emal fəaliyyəti ilə məşğul olan sahibkarlara vergi təşviqləri verilib

09-01-2023
Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024
Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023
Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

Azərbaycanda innovasiya iqtisadiyyatına doğru mühüm addımlar atılır

05-05-2021
Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025
 İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

İKT sektoruna vergi və sosial sığorta üzrə güzəştlər verilir

24-01-2023
“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

“Startap” şəhadətnaməsi alan KOB-ların dövriyyəsi 2 dəfəyədək artıb

10-07-2026
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb

06-06-2024
Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026
I yarımildə 35 sahibkara "Startap" şəhadətnaməsi verilib

I yarımildə 35 sahibkara "Startap" şəhadətnaməsi verilib

21-07-2026
I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023
Kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

Kino qurğularının idxalı 3 il müddətinə rüsumlardan azad ediləcək

01-11-2016
Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır

06-11-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə